Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

İranda yeni nəsil nüvə sentrifuqaları istehsal edilir

İranda yeni nəsil nüvə sentrifuqaları istehsal edilir - Əli-Əkbər Salehi
Təkcə sanksiyalar dövründə İran bu cihazların sayını 60 faiz artıra bilib

“Ölkə obyektlərində 19 min nüvə sentrifuqaları var”.

İnterAz-ın “İrna” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İran Atom Enerjisi Agentliyinin rəhbəri Əli-Əkbər Salehi İsfahanda konfrans çərçivəsində bildirib. O, İsfahanda nüvə yanaçağı barədə keçirilən konfransda ölkədə mövcud nüvə sentrifuqalarının 19 min olduğunu və yeni nəsil cihazlarında istehsala buraxıldığını bəyan edib.

“Bu gün qürur hissi ilə deyə bilərik ki, İran İslam Respublikası, nüvə yanacağının əldə edilməsi proseslərinin bütününə və xam mal mədənlərinin tapılmasından uran yanacağının istehsalı mərhələsinə qədər bütün mərhələlərə yiyələnən ölkələr sırasındadır”.

Bildirək ki, İranda nüvə obyektlərində quraşdırılan sentrifuqa cihazları Qərbin narahat edən əsas məqamlardan biridir. Təkcə sanksiyalar dövründə İran bu cihazların sayını 60 faiz artıra bilib ki, son Cenevrə nüvə anlaşmasından sonra İranda bu cihazların istehsalının azalması ehtimal edilir.
1570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39