Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

ANS-in Tağı Əhmədovu “vurmasının” səbəbi

Bakı Metropoliteninin rəisi Tağı Əhmədovla ANS telekanalı arasındakı “soyuq müharibə” davam edir. Belə ki, ANS-in Metropoliten rəisini “vuran” növbəti sujetindən sonra qalmaqal daha da böyüdü. Efirə gedən süjet sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub. ANS-lə Tağı Əhmədovun qalmaqalına münasibət gözlənildiyi kimi birmənalı deyil. Yanaşmalar isə müxtəlifdir. Kimi bunu təqdir edir, Metropoliten rəhbərinin davranışını eynilə ANS kimi pisləyir, kimi də məsələyə başqa prizmadan yanaşır.

AzVision.az ANS-in Əhmədovu “vurmağının” səbəbini öyrənməyə çalışıb.

ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov saytımıza açıqlamasında bildirib ki, Bakı Metropolitenin fəaliyyətində nöqsanlar var və bu səbəbdən də bu formalı süjetlər efirə verilir:

“Bakı Metropoliteni pis işləyir, nöqsanlar var, biz də araşdırmışıq və göstərmişik. Səbəb ancaq budur,vəssalam”.

Qeyd edək ki, Bakı Metropolitenin rəisi Tağı Əhmədov dəfələrlə müxtəlif vaxtlarda ANS-in müxbirlərinə qarşı kobud rəftar edib. T.Əhmədovun bu hərəkətindən sonra ANS ona qarşı silsilə süjetlər yayımlayır.
1446 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber