Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

İran insanları xilas etmək üçün robot istehsal edib

İranda dənizdə boğulmaq təhlükəsi ilə üzləşmiş insanları xilas etmək üçün robot istehsal edilib.

Apa-nın İRİB-ə istinadən verdiyi məlumata görə, yerli mütəxəssislər tərəfindən dizayn edilən robota “Pars” adı verilib və bu robot havadan dəstək verməklə sahil xətti boyunca, xüsusilə də Xəzər dənizi sahillərində boğulmaq təhlükəsi ilə üzləşmiş insanları xilas etmək üçün istifadə olunacaq. Robotu istiqamətləndirmək üçün yeni texnologiyadan istifadə edilib. Belə ki, “Pars” görüntü və səsləri qeydə almaq, avtopilot rejiminə, süni beyinə və müxtəlif sensorlara malik olmaqla özünəməxsusluğu ilə seçilir. Robotda üç xilasedici halqa var və istiliyə həssas sensorları vasitəsilə xüsusilə gecə vaxtı dalğalar arasında boğulmaqda olan insanın yerini müəyyənləşdirərək xilasedici halqaları ona doğru suya buraxır. “Pars” robotunun əsas xüsusiyyətlərindən biri də onun suya qarşı davamlı olmasıdır. Onu gəminin göyərtəsindən, nəzarət otağından idarə etmək mümkündür. İstiliyə həssas kameralara və LED işıqlandırma sisteminə malikdir. Suya buraxıldığı yerə qayıda bilməsi üçün GPS sisteminə malikdir. “Pars” xilasedici robotu ətrafdakı gəmilərin günəş batareya sistemlərindən istifadə edərək öz akkumulyatorunu bərpa edə bilir.
1617 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:10