Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

"Təqsiri Ərdoğanın üstünə atın..."

Türkiyədə sensasion iddia - "Təqsiri Ərdoğanın üstünə atın..."

"17 dekabr" əməliyyatı ilə bağlı iddialar bitmək bilmir.

Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyənin məşhur jurnalisti Abdulkadir Selvi müzakirə doğuracaq iddialar irəli sürüb. Selvi həbs olunan iş adamlarına, "Təqsiri Ərdoğanın üstünə atın, sizi azad edək" deyildiyini iddia edib. Nazirlərin istefası ilə bağlı fikirlərini açıqlayan Selvi, "Eşitmişəm ki, "rüşvət" əməliyyatında həbs olunan nazir oğullarına və iş adamlarına, "Biz baş nazirin göstərişi ilə etdik. Təlimatı bizə Ərdoğan vermişdi şəklində izahat verin sizi azad edək" deyildiyini iddia edib.
"Əgər Ərdoğan nazirləri istefaya göndərmək istəsəydi canlı yayıma çıxıb "Bu nazirləri işdən azad etdim" deyərdi. Siyasi "bonus" toplayardı. Amma baş nazir başqa yolu seçdi. Səbrlə istintaqın, məhkəmənin qərarını gözləməyi doğru bildi. Üstəlik 10 gündür o nazirləri müdafiə etdiyi üçün özü tənqid olunur."-deyib.
1692 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP