Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

“Hakimiyyət intihar hadisəsindən deyil, ona verilən reaksiyalardan ehtiyatlandı”

Ərəstun Oruclu: “Hakimiyyət intihar hadisəsindən deyil, ona verilən reaksiyalardan ehtiyatlandı”

Ölkə gündəmini əlinə alan Qarabağ qazisinin faciəsinə artıq rəsmilər tərəfindən reaksiya verilib. Ona hər ay kəsilən müavinətlər və birdəfəlik verilən kompensasiya ölkədə fərqli yorumlarla izah olunur. Artıq hakimiyyət rəsmiləri də Qarabağ qazisinə baş çəkib. Ekspertlərin fikrincə bu proseslər ölkədə yeni tendensiyanın əsasını qoyur. Bu kimi radikal addımlar atılmayanadək hakimiyyət reaksiya verməyəcək.

Qarabağ qazisinin faciəsinə rəsmilərin reaksiyasını fərqli yorum verən politoloq Ərəstun Oruclu Deyerler.Org-a açıqlamasında deyib ki, baş verənlər bir indikatordur: “Bu hadisədən sonra anlamaq olur ki, hakimiyyət təhlükə görməyənədək heç bir şeyə reaksiya vermir. Əslində bu gün iqtidar tərəfindən verilən reaksiya elə-belədən verilən reaksiyalardan deyil. Bu Qarabağ qazilərinin etiraz aksiyası elan etməsi və cəmiyyətdə olan reaksiyadan gəlinən nəticədir. Bu gün baş verənlər bir indikatordur. Bu indikator göstərdi ki, hakimiyyət cəmiyyətdən qorxur.

Zaur Həsənovun özünü yandırmasından iki sutkadan artıq vaxt keçir. Bu müddət ərzində hakimiyyətdən heç bir reaksiya olmamışdı. O vaxt ki, gördülər bu faciə ölkə gündəmini tutub və etiraz əlaməti olaraq konkret addımlar da nəzərdə tutulub, onda ani olaraq reaksiya verildi. Bu artıq başqa bir tendensiyadır. Hakimiyyətin indiyədək nümayiş etdirdiyi etinasızlığa yeni tendensiya qatılır.

Görünən budur ki, hakimiyyət ictimai əhval-ruhiyyəni nəzərə almağa məcburdur. Bu sadəcə intihar hadisəsinə olan reaksiya deyil. Çünki, Rəşadət Axundovun babasının da intihar hadisəsi oldu. Hakimiyyətin bu hadisəyə reaksiyası olmadı. Çünki o son hadisə kimi siyasi gündəmi tutmadı. Bu baxımdan son faciəli olaydan hakimiyyət sözün əsl mənasında qorxdu. Hakimiyyət ölkədəki minlərin taleyinə biganədir. Bir intihar hadisəsi onu narahat edə bilməzdi. Yenə qeyd etmək istəyirəm ki, hakimiyyət bu hadisəyə verilən reaksiyalardan qorxdu”.
1527 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber