Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

Zaur Həsənov yalnız özünü yandırmayıb

Qarabağ qazisi öz alovunda ölkənin eybəcərliklərini işıqlandırmaq istəyib

2-ci qrup müharibə əlilini, Qarabağ qazisini özünü yandırmağa vadar edən son hadisələr haqqında danışmaq istəyirəm. Çox ağrılıdır ki, ölkədə heç bir qapının önündə ədalət tapmayan insanlar məhz bu yolla diqqəti öz problemlərinə cəlb etməyə məcbur olurlar. Amma gözlənilməz, təsadüfi deyil, sanki adiləşmiş bir olaydır.
Müharibə əlilləri, şəhid ailələri, ölkənin bütün əhalisi işsizliyin, minimal təqaüdün, normal həyata heç bir təminat verməyən maaşların fonunda ən ağır vəziyyətə düşüb. Milyonlarla insan ölkəni yaşamaq naminə tərk etməyə məcbur olub, amma buna imkanı çatmayanlar da var və ölkədən gedə bilməməyi adamların günahı kimi qiymətləndirib onları cəzalandırırlar. Bunun müqabilində yığcam bir məmur dəstəsi harınlıqdan partlayır, başqa ölkələrə investisiyalar yatırır, əllərinə girəvə keçən yerlərdə də ata Əliyevə heykəllər ucaldırlar.
Bu şərəfli insanlar savaşlarda odun-alovun arasında can qoyanda, ölümün gözünə məhz Vətən naminə dik baxanda indi onların taleyinə hökm verənlər kazinolarda gizlənir, restoranlarda at oynadırdılar, sözün bütün mənalarında fərarilik edirdilər. Qorxaqcasına fərarilik! Vətən uğrunda ölməyi bacaranlar onlara diri olaraq gərək deyil. Diri şəhidlər ölkənin taleyini həll etmək iddiasında olan müştəbehlərə sipər olaraq lazımdır.
Bəli, biz göürürük ki, siz arda bir, kefinizə düşəndə Şəhidlər Xiyabanına gedir, oraya çiçək dəstələri qoyur, hətta lütf edib, baş əymək anlamında təqdim etmək istədiyiniz kimi içində heç bir duyğu olmayan qafalarınızı da əyirsiniz. Bunu nümayişkəranə şəkildə edirsiniz və bu hərəkətinizlə göstərirsiniz ki, bu ölülər sizin üçün nəyə görəsə lazımdır. Axı, başqa cür izah etmək olmur! Canını itirmək təsadüfünə yaxalnmamış, amma hərbin acı dişlərinə sağlamlığını yedirtmiş insanların bu gün öz ailəsini yaşatmaq üçün verdiyi savaşın məhz sizinlə, özünü Azərbaycan məmurları adlandıran bir dəstə ilə olduğu göz önündədir! Bu qazilər millətin simasıdır axı! Millətin və ölkənin rəngini bu adamlar müəyyən ediblər və edirlər! Bu adamlar bu gün sizin talan etdiyiniz Vətəni düşmənin caynaqlarından həyatları və sağlamlıqları hesabına xilas ediblər. Bu Vətən də onları sevməli, qorumalı, xilas etməlidir axı!
Amma yox! Qarabağ qaziləri bir parça çörək naminə məşəqqətlərə qatlaşmalı, hətta özlərini yandırmaq, öldürmək həddinə qədər gətirilməlidirlər! Çünki onların qoruduğu Vətən bu gün başqalarına yem olaraq lazımdır. Və birinci dəfə deyil. Hələ 90-cı illərin axırlarında onlar öz problemlərini həll etmək üçün ölkə rəhbərliyi ilə intihar dilində danışmağa başladılar. Etiraz aksiyaları keçirir, problemlərinin həll olunmasını istəyir, təqaüdlərinin qaldırılmasını tələb edirdilər...
Onlar 2001-ci ilin yanvarında quru aclıq elan etdilər. O zaman iqtisadçı deputat Nazim İmanovun hesabı da yadımdadır. O hesablamışdı ki, bu adamların problemlərinin həlli üçün cəmi... 3 milyon dollar lazımdır. 3 milyon dollar! Öndərinizin bircə heykəlinə, balaca bir büstünə nə qədər xərcləyirsiniz?! 11 yaşlı övladlarınıza 70 milyonluq villalar alırsınız! Və siz, harın məmur dəstəsi, Qarabağ qazilərinə, Vətən uğrunda savaşanlara belə dəyər verirsiniz!
Zaur Həsənov yalnız öz dərdini yandırmayıb. O, minlərlə Qarabağ qazisinin və şəhid ailələrinin dərdini yandıraraq bu ölkənin gözünə soxub. Hamı baxsın! Hamə baxsın ki, bu Vətən uğrunda savaşanlara verilən dəyər budursa, dəyərləri deyil, dəyəri vermək səlahiyyətini qəsb edənləri dəyişmək zəruridir! Müqəddəs dəyərləri ayaqlar altına salıb dəyərsizləşdirənlər öz yaramazlıqlarına görə cavab verməlidirlər./azadlıq/
1678 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03