Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2013

Özünü yandıran qazinin oğlunun ürək parçalayan müsahibəsi

13 yaşlı İsmayıl: “Atamı həmin gün polislər ələ salıb qızışdırdılar...”

Virtualaz.org saytının əməkdaşları dekabrın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) binasının qarşısında özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovun 13 yaşlı oğlu İsmayıl Həsənovla görüşüb. Atasının özünü yandırmasının canlı şahidi olan İsmayıl ailəsinin son iki ildə yaşadığı hadisələrlə bağlı virtualaz.org saytına şok faktlar açıqladı.

13 yaşlı İsmayılın dediklərindən:

- Atam hər gün deyidi ki, özümü yandıracam. Amma həmin gün bizə söz verdi. Dedi ki, qorxmayın, özümə heç nə etməyəcəm. Mən, qardaşım və bacım atamla birgə getdik. Balaca bacım isə evdə qaldı. Atam dedi ki, Səttar Mehbalıyevlə görüşəcəm. Oradakı polislər atamı içəri buraxmadılar. Atam da “əgər Səttar Mehbalıyev məni qəbul eləməsə, özümü yandıracam” dedi. Qapıdakı polislər isə dedilər ki, yandıra bilməzsən, yandır görək hələ. Yəni polislər atamı ələ saldılar, onu əsəbiləşdirdilər, qızışdırdılar. Atam da başından aşağı benzin tökdü, yandırdı. Atamın yanmasını Səttar elədi. Yaşayışımız çox pisdir, amma bizi başa düşən yoxdur (gözləri dolur).

- İsmayıl, bəs indi sizə kim baxır?

- Uşaqlar ana nənəmin yanında qaldılar. Anam atamın yanında qalır. Mən də atamı görməyə gəlmişəm. Onsuz da həmişə onunla qəbullara gedirdim. Atam əsəbiləşirdi deyə tək buraxmırdıq. Biz Əli Həsənovun da qəbulunda olmuşduq.

- Əli Həsənov sizi qəbul elədi? Nə dedi?

- Bizi onun yanına buraxmırdılar. Sonra atamla onu izləməyə başladıq. İki gün onu izlədik. Bir gün işə gəlmədi. Səhərisi gün tezdən 9-dan axşam 6-dək gözlədik. İşdən çıxanda yaxınlaşdıq. Atam dedi ki, Səttar Mehbalıyev mənim çayxanamı alıb, dolana bilmirəm. Əli müəllim də dedi ki, bu iş mənlik deyil. Atam ona da dedi ki, özümü yandıracam. Atam deyirdi ki, onlar (Səttar Mehbalıyevlə Əli Həsənov nəzərdə tutulur-red.) qohumdurlar. Sonra atam Prezident Aparatının qarşısında dayanırdı ki, kimsə bizi qəbul eləsin. Amma heç kim qulaq asmırdı. O qədər yerləri gəzdik ki...

- Bəs məktəbə getmirsən?

- Yox, bu il cəmi üç dəfə getmişəm. Bank evimizi əlimizdən alıb. 2011-ci ildə prezident İlham Əliyev Lökbatanda əlillərin binasında bizə ev verdi. Atam çayxananı təmir etmək üçün evimizi girov qoyub bankdan pul götürdü. Bank da bizi evimizdən qovdu. Neçə aydır ki, babamgildə qalırıq. Hər şeyimiz də o evimizdə qalıb. Məni məktəbə göndərirdilər, mən də qaçıb işləməyə gedirdim.

- Harada işləyirdin?

- “Sədərək” bazarında. Qab satırdım, günə 5-10 manat qazanırdım, evə çörək alırdım. Anam işləmir, evdə 8 nəfər yaşayırıq. Babam fəhlə işləyir. Mən babamın işlədiyini görəndə pis olurdum. Axşam yeməyi az yeyirdim ki, səhər pul olmasa, yeməyimiz qurtarmasın. Atamın ayaqları ağrıyırdı. Bilirsiniz, Səttar atamı nə qədər söyüb, mən onunla gedəndə görmüşəm. Atam əsəbiləşəndə danışa bilmirdi. Xalalarımın, dayılarımın yanında deyirdi ki, özümü yandıracam. Bacılarımın biri 3-cü, o biri də 5-ci sinifdə oxuyur. Bacılarım, qardaşlarım dərsə gedirlər. Ailədə böyük uşaq mənəm. İndi hamı atamdan yazır, baxıram çox pis oluram (yenə kövrəlir). Atamın belə olmasını Səttar elədi. O dəfə atamı basmışdı maşına, aparmışdı.

- Kim?

- Səttar

- Bunu kim danışıb?

- Atam, mən və qardaşım evə gedirdik çayxanadan. Məscidin yanında bir maşın saxladı, içindəkilərin üzündə maska vardı. Atamı maşına mindirib apardılar. Biz də çox qorxduq, avtobusa minib evə getdik. Sonra atam gəldi, dedi ki, məni narkotiklə, silahla tutdurmuşdular. Tapança ilə qorxudublar. Atamla kimsə danışırdı telefonda.

- Bu gün atanla görüşsən, ona nə deyəcəksən?

- Mən prezidentdən istəyirəm ki, Səttarı cəzalandırsın. Bizim çayxanamız olanda yaxşı dolanırdıq. Evə bazarlıq edirdik, amma sonra yeməyimiz azaldı. Prezident desin onlara ki, atamın çayxanasını versinlər, pensiyasını çoxaltsınlar. Mən məktəbə getmək istəyirəm, oxumaq istəyirəm... 

1487 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı