Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2013

Rəcəb Tayyib Ərdoğan: "Biz damdan düşərək gəlmədik"

"Biz damdan düşərək gəlmədik. Keçmişdə nələrin yaşandığını bilənlərdən biri də mənəm. 17 dekabr əməliyyatına “yolsuzluq” adı verdilər. Buna belə ad qoyanlar özləri yolsuzluq içindədir". Apa-nın DHA-ya istinadən verdiyi məlumata görə, bunu Kocaelidən İstanbula qayıdan zaman hava limanında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Ölkənin fərqli bir dönəm yaşadığını deyən Ərdoğan Türkiyə cəmiyyətini silkələyən proseslərin arxasında xarici qüvvələrin dayandığına işarə edib: “11 ildir bizdən belə sıçrayışı gözləməyənlər oyunlarının alınmadığını görüb başqa vasitələrə əl atdılar. Bu olayların arxasında beynəlxalq amillər durur. Bizim bir mübarizəmiz var – öncə insan, sonra dövlət. Biz bunu bacardıq”.

Ərdoğan bəzi partiyadaşlarının ünvanına tənqidi sözlər deməyi də unutmayıb. “Nazir olanda hər şey yaxşı idi. Ancaq nazir vəzifəsindən getdikdən sonra ”filan naziri bəyənmirəm” deyir. Sənin bəyəm belə səlahiyyətin var? Həddini bil”, - deyə o vurğulayıb.
1507 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber