Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2013

Taksimdə etiraz aksiya keçirilib

Rüşvət əməliyatına etiraz edən bir qrup insanın Taksimə yürüş etmək istəyinə təzyiqli su maşınları ilə cavab verilib

Dünya Türkiyədə ictimai asayiş yenidən pozulub. Rüşvət və korrupsiya əməliyatına etiraz edən bir qrup İstanbulda, Taksim meydanında aksiya keçirməyə cəhd edib. Əvvəlcə qrup İstiqlal prospektində toplaşıb. Daha sonra isə Taksim meydanına doğru yürüş etmək istəyib. Lakin polis səsgücləndiri ilə ilk öncə anons edərək aksiyanın qanunsuz olduğunu deyib və onların dağılışmasını istəyib. Xəbərdarlığa baxmayaraq insanlar hadisə yerindən uzaqlaşmayıblar.

Daha sonra meydana təzyiqli su maşınları olan TOMA-lar gətirilib və aksiyaçılara müdaxilə edilib. Bəzi aksiya iştirakçıları TOMA maşınlarını daş atəşinə tutublar, fişəng atıblar.

Onlar "Hər yer rüşvət, hər yer korrupsiya", "Üsyan yox,azadlıq", "Oğru var" kimi şüarlar səsləndiriblər.

Etirazçılam meydandakı mərmər daşlarla barikkadalar qurmağa cəhd edirlər./ans/
1653 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı