Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2013

Orduda itkilər davam edir

Bu gün Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozaraq, Tərtər rayonunun işğal altındakı Çaylı kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, nəticədə Silahlı Qüvvələrimizin əsgəri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi tərəfindən 5 yanvar 2013-cü il tarixində hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü Sərxan Vaqif oğlu Qasımov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə əsgər Sərxan Vaqif oğlu Qasımov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Dekabrın 28-də təşkil ediləcək dəfn mərasimində Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor V.Məmmədovun rəhbərliyi ilə hərbi hissə və birləşmə komandanlığının nümayəndələri iştirak edəcəklər.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
1543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 16:52