Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2013

Pyatiqorskda partlayış törədilib, ölənlər var

Pyateqorskdakı partlayış iki nəfərin həyatına son qoyub. «İnterfaks»ın məlumatına görə, Çerkesk şossesində avtobus dayanacağında VAZ-2107 markalı avtomobil partladılıb. Nəticədə dayanacaqda dayanan insanlardan ikisi ölüb, biri isə ağır yaralanıb. Partlayış o qədər güclü olub ki, maşın bir neçə yerə parçalanıb. Ölənlərin polis olması ilə bağlı da xəbərlər var. Belə məlumatların yayılmasına səbəb partlayışın polis idarəsinin yaxınlığında baş verməsidir. Terror aktının məhz polislərə qarşı yönəldiyi ehtimalı irəli sürülüb.
1535 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 08:17