Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2013

Basayevlə bağlı erməni zabitdən açıqlama

“Şamil Basayevin dəstəsi həqiqətən Qarabağda olub”
“Axar.az” məlumat verir ki, bu məlumatı adının çəkilməsini istəməyən keçmiş erməni Qarabağ döyüşçüsü verib. Mənbə Şamil Basayevin dəstəsinin Qarabağda təlim aldığını bildirib: “Basayevin dəstəsi 90-cı illərdə Qarabağda idi. Biz onlara indi adını çəkməyə ixtiyarım olmadığı müxtəlif məxfi hərbi obyektlərdə təlimlər keçirdik. Orada olan uşaqlar çox həvəskar və qorxmaz idilər”. Mətbuat həmçinin təlim alan şəxslərin təkcə çeçenlərdən ibarət olmadığını yazıb: “Onların aralarında çeçenlərdən başqa digər qafqazlılardan da nümayəndələr vardı. Dəstəyə hər şey haqqında təlimlər keçirdik. Onlar üçün Qarabağ daha təhlükəsiz idi, nəinki başqa yerlər. Həm də bizim relyefimizin də onlar üçün sərf edən üstünlükləri çox idi”. Qeyd edək ki, dünən “Stratfor”un baş analitiki Loren Qudriçin sözlərinə əsasən Basayevin dəstəsinin Qarabağda təlim keçməsi ilə bağlı məlumat yayılmışdı. O, çeçen müharibəsi zamanı Ş.Basayevin öz dəstəsinin üzvlərini Qarabağa təlim üçün göndərdiyini bildirmişdi.
1640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:34