Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2013

Azərbaycanda daha bir körpə ölümü: ana komadadır (Fotolar)

Yeni doğulan körpəsini itirən Esmira Ocaqverdiyevanın yaşama ehtimalının az olduğu bildirilir.

Mingəçevirdə doğum evinə gətirilən 9 aylıq hamilə qadın 4 gündür koma vəziyyətindədir. Qadının yaxınlarının ans-in bölgə müxbirinə verdiyi məlumata görə, 34 yaşlı Esmira Ocaqverdiyeva, doğum sancıları ilə xəstəxanaya aparılıb. Müayinə zamanı həkimlər uşağın tələf olduğunu bildirib.

Doğuşdan sonra isə kəskin qanaxma baş verib və xəstə əməliyyat edilib. Ancaq buna baxmayaraq, qadın komaya düşüb. Yaxınları E.Ocaqverdiyevanın vəziyyətinin ağırlaşmasında həkimləri günahlandırırlar.

Mingəçevir mərkəzi şəhər xəstəxanasından verilən məlumata görə isə, qanaxmaya hamiləliyin son ayında qadının səhhətində yaranan problem, böyük ehtimalla yüksək təzyiq səbəb olub. Doğuşdan sonra kəskin qanaxma baş verib və bunun qarşısını almaq üçün Esmira Ocaqverdiyeva əməliyyat edilib.

Qanaxmanın qarşısı alınsa da, bu dəfə qadın komaya düşüb. Həkimlər onun yaşama ehtimalının az olduğunu deyir. Xəstəxana rəhbərliyi isə xəstəyə vaxtında bütün tibbi yardım göstərildiyini. hər hansı həkim səhlənkarlığının olmadığını deyir.


1587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber