Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2013

"Əgər türk xalqı tələb etsə ki, hakimiyyətdən imtina edək, biz hazırıq"

R.T.Ərdoğan: "Əgər türk xalqı tələb etsə ki, hakimiyyətdən imtina edək, biz hazırıq"
Əgər Türkiyədə korrupsiya varsa, hökümət gec-tez bütün bunları aydınlaşdıracaq

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Sakarya əyalətinə səfər zamanı xalq qarşısında çıxış edərkən bildirib ki, əgər Türkiyə vətəndaşları onun vəzifədən getməsini tələb etsə o vəzifədən getməyə hazırdır.

"Əgər türk xalqı tələb etsə ki, hakimiyyətdən imtina edək, biz hazırıq. Amma xalq bunu istəmir" - Ərdoğan deyib. Onun sözlərinə görə, türk xalqı seçim qarşısındadır - inkişafa davam etmək və yeni Türkiyə qurmaq, ya da əvvəlki zəif Türkiyə kimi olmaq. Ərdoğanın sözlərinə görə, bəzi qüvvələr var ki, Türkiyənin əvvəlki kimi olmasını istəyirlər. Türkiyə mediasının verdiyi xəbərə görə, o, həmçinin qeyd edib ki, əgər Türkiyədə korrupsiya varsa, hökümət gec-tez bütün bunları aydınlaşdıracaq./interaztv/
1514 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber