Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2013

“Ya dediklərini sübut elə, ya da Gülər Əhmədovadan üzr istə”

Gülər Əhmədova “cəbhəsindən” Elşad Abdullayevə çağırış gəldi

Əfsər Talıbov: “Buyur, Azərbaycana gəl və....”
Sabiq deputat Gülər Əhmədovanın “cəbhəsində” yenə hərəkətlilik var. Sabiq deputatın vəkili Əfsər Talıbov “Yeni Müsavat” qəzetinin 22 dekabr tarixli sayında E.Abdullayevin “Onlar Səlcuq Ağlayandan qorxurdular” müraciətinə növbəti dəfə cavab verib.

“Ortada heç bir pul yoxdur”

“Yeni Müsavat”a açıqlamasında Ə.Talıbov bildirib ki, E.Abdullayevin “Gülər Əhmədova məndən üzr istəmək əvəzinə üstümə gəlməklə öz cinayətlərini ört-basdır etməyə cəhd edir” sözləri tamamilə məntiqsizdir. Vəkil sual edir ki, G.Əhmədova E.Abdullayevdən niyə üzr istəməlidir: “Elşad Abdullayev, sənin Bakı Şəhər Prokurorluğuna göndərdiyin saxta, təhrif olunmuş videogörüntülərin və KİV-lərə verdiyin müsahibələrə görə Gülər xanıma qarşı CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və barəsində heç bir əsas olmadan ittiham hökmü çıxarılıb. Elşad Abdullayev hüquqşünasdır. Yəqin bilir ki, bu işdə cinayətin obyekti, yəni pul, cinayətin törədildiyi vaxt, məkan bilinməli və mütləq zərərçəkmiş şəxs olmalıdır. Belə ki, onun təqdim etdiyi videogörüntülərdə pulun alınıb verilmə səhnəsi çəkilməyib, pulun verilmə faktı isə hər hansı bir qaydada sənədləşdirilməyib. Elşad Abdullayevin xarakterini və xasiyyətini nəzərə alsaq o, Gülər Əhmədovaya məbləğindən asılı olmayaraq pul vermiş olsaydı bu faktı mütləq videoya çəkərdi. Lakin o bunu etməyib. Bu isə o deməkdir ki, Elşad Abdullayev Gülər Əhmədovaya pul verməyib. Yəni ortada pul yoxdur. Bu da onun tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddianın təmin edilməsi barədə iddia ərizəsinin məhkəmə tərəfindən təmin edilməməsində öz əksini tapır və sübut olunur ki, o Gülər Əhmədovaya pul verməyib. Bu da öz təsdiqini həm istintaqda, həm də məhkəmədə tapdı. Hadisənin baş verdiyi vaxtı, yəni ili, ayı, günü təyin etmək mümkün olmadı. Danışıqların aparıldığı məkandan isə Elşad Abdullayevin qanunsuz olaraq şantaj məqsədilə istifadə etməsi sübut olundu. Həmçinin sübut olunur ki, o, qanunları pozaraq gizli çəkiliş aparmış və çəkdiyi videonu montaj edərək ictimailəşdirmişdir. Müsahibələrimin birində Elşad Abdullayevə bir hüquqşünas kimi demişdim ki, Elşad Abdullayev, bəsdir SMS-SMS oyunu oynadıq. Sən də bir hüquqşünaş kimi bilməlisən ki, hər hansı bir cinayət işi KİV-də deyil, istintaq orqanlarında və məhkəmə baxışında aparılır. Sonuncu dəfə Elşad Abdullayevdən xahiş edirəm. KİV-lərə şər və böhtan xarakterli məlumatlar ötürməkdənsə, gəl Azərbaycana və hüquqi müstəvidə məsələlərimizi həll edək”.

““Elşad Abdullayev, bəsdir SMS-SMS oyunu oynadıq”


“Ya dediklərini sübut elə, ya da Gülər Əhmədovadan üzr istə”

Ə.Talıbov onu da bildirdi ki, heç vaxt E.Abdullayevin şər və böhtan dolu müsahibələrinə cavab vermək istəməyib: “Lakin görünür, biz susduqca sən özünü daha da qüdrətli hesab edirsən. ”Yeni Müsavat" qəzetində 22 dekabr tarixdə verdiyin müsahibə ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalacağam. Belə ki, həmin müraciətində qeyd edirsən ki,Gülər Əhmədova verdiyin pulları almaq üçün ona zəng edən zaman Sevinc Babayeva sabiq deputatın başının Səlcuq Ağlayana görə qarışıq olmasını bildirib: “Sevinc Babayeva mənə bildirdi ki, başımız qarışıqdır, Gülər Türkiyəli iş adamı Səlcuqa külli miqdarda pul atıb, o da Gülərdən prokurorluğa şikayət edib. Yenə də pulunu ala bilməyəndə Səlcuq məni və Güləri Prezident İdarəetmə Akademiyasının qabağında Gülərin şəxsi avtomobilin arxadan zərbə vururdu, bizi Allah qurtardı, o əzilmiş maşından heç kim sağ çıxa bilməzdi, biz çıxdıq, heç demə Səlcuq ”ağbaşın" adamı imiş, o hadisədən sonra, Gülər qaça-qaça təcili pulu geri qaytardı". Bu cinayət hadisəsində də Səlcuqun adını duymuşdum. Hətta həmin cinayət olayı mətbuatda da nəşr olunmuşdu". Elşad Abdullayev bu yazdıqlarını ya sübut etməlidir, ya da Gülər Əhmədovadan və onun ailəsindən üzr istəməlidir. Əks təqdirdə hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalacağam. Elşad Abdullayevin Azərbaycan dövlətçiliyinə, onun tanınmış simalarına şər və böhtan atdığı azmış kimi , indi də qardaş Türkiyə dövlətinə, onun hüquq mühafizə orqanlarına şər və böhtan atır".
“Sevinc Babayeva Bakı Şəhər Prokurorluğuna 11 səhifəlik müraciət yollayıb”
Vəkilin dediyinə görə, E.Abdullayev Sevinc Babayevanın Türkiyədə rəhmətə getməsi ilə bağlı keçirilmiş ekspertizanın rəyini saxta adlandırmaqla dost dövlətə də şər-böhtan atır: “O, Türkiyə Cümhuriyyəti Büyükçekmece Cinayət Məhkəməsini qondarma bir məhkəmə adlandıraraq utanmadan Türkiyə məhkəmə sistemini də şərləyir. Səlcuq Ağlayanın müsahibəsini oxuduqdan sonra Elşad Abdullayevin çox cılız bir intriqant olması yəqin ictimaiyyətə də aydın oldu. Gülər Əhmədovaya CM-nin 307.2-ci maddəsi ilə çıxarılan ittiham hökmü də tam əsassızdır və heç bir sübuta söykənmədiyindən bu hissədə də bəraət hökmü çıxarılmalıdır. Belə ki, Gülər Əhmədovanın 26 sentyabr 2012-ci il tarixdə Sevinc Babayevanı Türkiyəyə yola salması faktı həm istintaqda, həm də məhkəmədə sübuta yetirilmədi. Sevinc Babayeva Azərbaycanı tərk edərkən o, kitabxana direktoru vəzifəsində çalışıb və onun barəsində heç bir cinayət işi olmayıb. 2012-ci ilin sentyabr ayının 26-dan rəhmətə getdiyi günə qədər Sevinc Babayeva Bakıda tanış olduğu Səlcuq Ağlayan adlı Türkiyə vətəndaşının himayəsi altında yaşayıb. Səlcuq ona bacı deyib və ona mərhəmət göstərib, qayğısına qalıb. Sevinc Babayeva Türkiyədə azad yaşayıb, ailəsi, dostları, qohumları, tanışları və işçiləri ilə mütəmadi əlaqələr saxlayıb. Türkiyədə yaşadığı müddətdə təcili yardıma, aptekə, xəstəxanalara, həkimlərə müraciət edib. Alış - veriş mərkəzlərində olub, brend mağazalardan şəxsi istifadə üçün geyimlər alıb, gözəllik salonlarına gedib, kosmetoloq xidmətlərindən istifadə edib, restoranlara, kafelərə gedib. Öz pasportu ilə 19 dekabr 2012-ci il tarixdə ona məxsus olan ”Jeep" avtomaşının satılması üçün Türkiyə dövlətinin notariusundan Bakıda yaşayan Anar Quliyevin adına etibarnamədə göndərmişdir. Sevinc Babayeva Türkiyədə olduğu müddətdə oteldə və kirayədə yaşadığı mənzildə sərbəst olub. Nəzərinizə çatdırıram ki, nə yaşadığı kompleksdə, nə də oteldə onun zorla saxlanılması mümkün deyildir. Məhkəmədə o da sübut olub ki, o hər zaman taksi xidmətlərindən istifadə edərək istədiyi yerlərə gedib. Həmçinin sübut olundu ki, Sevinc Babayevanın Azərbaycana qayıtmasına heç kim mane olmayıb və ola da bilməzdi. Oğlu və bacısı bir neçə gün onun yanında olublar və bu da sübut edir ki, Sevinc Babayeva heç kimin təsiri altında olmayıb və orada azad yaşayıb. İstintaqda dindirilməyən Sevinc Babayevanın Bakı şəhər prokurorluğuna ünvanladığı 13 səhifəlik müraciəti onun ifadəsi kimi qəbul olunmalıdır. Elşad Abdullayevin gizli yolla çəkərək internet vasitəsi ilə yaydığı videogörüntülərin əksinə olaraq, Azərbaycan Beynəlxalq Universitetində çalışmış Sevinc Babayeva, Tavat Şirvanova və Lyudmila Məmmədovanın könüllü iradələri əsasında, açıq - aşkar kamera qarşısında verdikləri müsahibələri sübut növü kimi qəbul olunmalıdır. Qeyd etmək istəyirəm ki, bu videoçəkiliş Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinin 3 və 5-ci bəndlərinin, CPM-nin 125-ci maddəsinin tələblərinə tam uyğundur, çünki gizli çəkiliş deyil. Bütün bunların hamısı bir daha sübut edir ki, Gülər Əhmədova heç bir cinayət etməmişdir və ona elan olunmuş 178.3.2-ci və 307.2-ci maddəsi ilə çıxarılmış ittiham hökmündə hər iki maddə üzrə onun əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü verilməlidir".

“Buradan Elşad Abdullayevə səslənirəm”

G.Əhmədovanın vəkili həmçinin E.Abdullayevi xarakterizə etmək istədiyini deyib. Onun sözlərinə görə, E.Abdullayev rektoru olduğu ABU-da qeyri-qanuni, testdən kənar tələbə qəbulu aparıb, xarici pasportu olmayanların guya xaricdə təhsil almaları barədə saxta sənəd tərtib etməklə qanunsuz tələbə köçürmələri edib, saxta diplom satmaqla , dərsə gəlməyən tələbələrdən, semestr və dövlət imtahanlarında rüşvət yığıb: “Başqa müəlliflərin kitablarını öz adına çıxaran, saxta elmi dərəcə alan, bir sıra dövlətlər adından özü-özünü təltif edib. İnsan orqanı alverçisi, saxta dərmanları dövriyyəyə buraxan mütəşəkkil dəstənin üzvü və nəhayət qardaş qatilidir. Bütün bunlar bir daha təsdiq edir ki, Elşad Abdullayev öz cinayət əməllərini ört-basdır etmək üçün digər insanları, o cümlədən Gülər Əhmədovanı təhdid edir. Elşad Abdullayev yenə də sənə səslənirəm. Buyur Azərbaycana gəl və bütün bu ittihamlara cavab ver. Əsası olmayan müsahibələrinlə ictimaiyyəti aldatma”.

Bu deyilənlərlə bağlı E.Abdullayevin də mövqeyini işıqlandırmağa hazırıq./musavat/
1586 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı