Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2013

Türk ordusu imtina etdi

Türkiyə ordusu komandanlığı, ölkədə baş verən korrupsiya qalmaqalı ilə bağlı yaranmış siyasi böhrana qarışmayacağını elan edib.

Ans-in "France Press" agentliyinə istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrin Baş Qərargahının yaydığı bəyanatda bildirilir ki, Türkiyə respublikasının silahlı qüvvələri siyasi müzakirələrdə iştirak etmək niyyətində deyil.

Ordu rəhbərliyinin bu bəyanatı yerli KİV-də başlanmış müzakirənin fonunda verildiyi qeyd olunur. Belə ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın köməkçisi Yalçın Akdoğan başda olmaqla, bir çox dövlət və hökumət nümayəndələri belə fikir irəli sürürlər ki, genişmiqyaslı korrupsiya qalmaqalı növbəti hərbi devriliş üçün bəhanə ola bilər.
1431 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...