Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2013

Liviya hökuməti dünən həbs etdiyi ABŞ hərbçilərini azad edib

ABŞ-ın Liviyadakı səfirliyində çalışan və dünən ölkə hökuməti tərəfindən həbs edilən dörd amerikalı hərbçi ardıcıl təmaslardan sonra azad edilib.

SalamNews-un “CNN”ə istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

ABŞ XİN və Liviya hökuməti hərbçilərin hansı səbəblə həbs edildiyi barədə məlumat verməyib.

Bununla belə, ABŞ rəsmiləri həbs edilən hərbçilərin Liviyadakı səfirliyin təhlükəsizliyinə cavabdeh olduqları və onların təhlükə zamanı Liviya paytaxtını hansı şəkildə tərk edəcəkləri barədə kəşfiyyat işləri apardıqları üçün həbs edildikləri ilə bağlı ehtimallarını “The New York Times”a bildiriblər.

Bildirək ki, ABŞ-ın Liviyadakı konsulluğuna 2012-ci ilin sentyabrında edilən hücum nəticəsində Vaşinqtonun Liviyadakı səfiri və səfirliyin daha üç işçisi həlak olub. Cari ilin ilin noyabr ayında isə Benqazidə bir amerikalı müəllim silahlıların atəşi nəticəsində dünyasını dəyişib.
1449 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı