Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2013

İraqda deputatın həbsi zamanı qarşıdurma yaranıb, 6 nəfər ölüb

İraq hüquq-mühafizə orqanları hökumət əleyhinə aksiyaları dəstəkləyən sünni deputat Ahməd əl Alvani in Ramadini həbs ediblər.

Apa-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, həbs zamanı deputatın ətrafındakı şəxslər müqavimət göstərib. Nəticədə onun qardaşı və 5 mühafizəçisi öldürülüb, 18 nəfər yaralanıb. Yaralılardan 10-u polisdir. Əməliyyat zamanı avtomat silahlar və qumbaraatanlardan istifadə olunub.

Qeyd edək ki, İraqda son vaxtlar sünnilər və hökumətə nəzarət edən şiələr arasında münaqişə kəskinləşib.
1564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.02.17, 13:41