Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2013

Sumqayıtda vəhabilərin lideri həbs edilib

Onunla yanaşı, dini qruplaşmalar arasında baş verən silahlı insidentlə bağlı daha bir nəfər tutulub

Daxili İşlər Nazirliyi Sumqayıtda həyata keçirilən sonuncu həbslərlə bağlı açıqlama yayıb.

Apa-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə iştirak edən şəhər sakinləri Elçin Əkbərov və əvvəllər məhkum olunmuş Vüqar Abdullayev tutulublar.

V. Abdullayevin evinə baxış zamanı oradan baraban tipli tapança, 47 ədəd müxtəlif çaplı patron, 2 bıçaq, 1 ədəd dəmir dəyənək, qanunla qadağan olunmuş müxtəlif məzmunlu 134 ədəd dini ədəbiyyat və 81 disk aşkar edilərək götürülüb.

Bununla da dini qruplaşmalar arasında baş verən silahlı insidentlə bağlı tutulanların sayı 16-a çatıb.
1444 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 10:51
Abdull