Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2013

Şəhid əsgər dəfn olunub

Dünən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan, 1995-ci il təvəllüdlü Sərxan Vaqif oğlu Qasımov bu gün doğulduğu Ağstafa rayonunun Dağ Kəsəmənli kəndində torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor V.Məmmədov, əsgərin xidmət etdiyi hərbi hissə və birləşmə komandanlığının nümayəndələri, rayon İcra Hakimiyyətinin başçısı və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, dekabrın 27-də ermənilər Tərtər rayonunun işğal altındakı Çaylı kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar. Nəticədə Silahlı Qüvvələrimizin əsgəri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi tərəfindən 5 yanvar 2013-cü il tarixində hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü Sərxan Vaqif oğlu Qasımov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə əsgər Sərxan Vaqif oğlu Qasımov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib./apa/
1795 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.05.17, 09:19
NÖVBƏTİ İNTİHAR
27.05.17, 09:17
YENƏ İNTİHAR
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA