Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2013

Özünü yandıran qazi öldü - FOTO / VİDEO

Onun başsız qalan ailəsinə, 5 körpə balasına kim və necə cavab verəcək?

Zaur Həsənovun nəşi yuyulduqdan sonra Lökbatana atası evinə aparılıb. Jurnalistlər, Qarabağ qaziləri və ictimai fəallar da Lökbatan qəsəbəsinə gediblər. Hazırda Göy Məscidin qarşısında sakitlikdir.

Bu arada facebook-da Zaur Həsənovun ölümü ilə əlaqədar aksiya üçün "event" yaradılıb. İctimaiyyət dekabrın 29-u saat 16:00 üçün Fəvvarələr Meydanına çağırılır.

23:45

"Azadlıq"ın əməkdaşının verdiyi məlumata görə, artıq Qarabağ qaziləri Göy Məscidin qarşısına toplaşıblar. İctimai fəallar da məscidin önünə gəlməkdədirlər. Məscidin qarşısına polislər cəlb olunub.

Qarabağ qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov bildirib ki, Zaur Həsənovun nəşi yaşadığı Lokbatan qəsəbəsinə aparılır. Sabah saat 14.30-da Zaur Həsənov Bibi Heybətdə dəfn olunacaq.

Vəkil Aslan İsmayılov bildirib ki, konkret cinəyət hadisəsi baş verib və bu hadisədə təqsiri olanların cəzalandırılması tələb olunmalıdır.

 
1975 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber