Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2013

Gəncənin icra başçısı iqtisadçını hədələdi

Elmar Vəliyev Zöhrab İsmayılın informasiya sorğusuna əsəbləşib

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri Zöhrab İsmayılı təhdid edib. Bu barədə “Azadlıq”a Zöhrab İsmayıl məlumat verib. Onun sözlərinə görə, dünən “Azadlıq” radiosunun “Açıq hökumət” verilişində iştirak edib. Verilişdən çıxandan sonra ona zəng gəldiyini görüb: “Zəngin Gəncədən olduğunu bildim. 022-264-01-00 nömrəsindən zəng gəlmişdi. Bildim ki, bu icra hakimiyyətinin nömrəsidir. Zəng etdim, mənimlə icra hakimiyyətinin başçısının köməkçisi Vüsaldır. Sorğu göndərməyimlə bağlı suallar verdi. Bunu təsdiqlədim. Gəncə şəhərində Nizami küçəsində evlərin və obyektlərin sökülməsiylə bağlı sorğu idi. Orada həm küçəni genişləndirirdilər, həm də abadlıq işləri aparırlar. İnformasiya sorğusu bununla bağlı idi. Biz həm də məhkəmə proseslərində evləri uçurulan vətəndaşların da hüquqlarını müdafiə edirik. Vüsal dedi ki, indi sizi bir nəfərlə calaşdırıram. Düşündüm ki, informasiya sorğusuna məsul olan şəxslə danışacam. Ancaq həmin şxəs mənimlə başqa tonda danışdı. Əvvəlcə soruşdu ki, bu sizin nəyinizə lazımdır və niyə soruşursunuz. Mən də “İnfomasiya əldə etmək haqqında qanun”un bu sorğunu göndərməyə imkan verdiyini diqqətinə çatdırdım. O da sual etdi ki, bilmirisniz bu işlər hansı pullarla edilir. Bilmədiyimi və nə vaxtsa bu barədə açıqlama vermədiklərini söylədim. Mənə hədə-qorxu gəlməyə başladı və dedi ki, özünü yığışdır. Başqa tonda danışdı. Ona dedim ki, danışığınıza fikir verin. İcra hakimiyyətində oturmusunuz, vətəndaşlarla, vətəndaş cəmiyyətinin nümayəndələriylə danışmağı da öyrənin. Dəstəyi asdım. Düzü bu ana qədər bilmirdim ki, mənimlə danışan icra başçısıdır. Yenidən Vüsala zəng etdim. O dedi ki, mənimlə danışan icra başçısıdır. Təkrar əlaqə yaratmağı söylədi, mən isə buna ehtiyac olmadığını, danışmaq istəmədiyimi qeyd etdim. Bundan sonra bildim ki, mənə hədə-qorxu gələn icra Elmar Vəliyevdir. Ona göndərdiyim sorğudan əsəbiləşib”.
1649 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...