Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2013

Sisidən çox İsrail rejimi narahat olub

ABŞ-ın Misirə verilən hərbi sistemlərin və pul yardımını dayandırması İsrail rejimində narahatlığa səbəb olub. Təl-Əviv "Müsəlman Qardaşlar"la aparılan mübarizənin, nümayişçilərə tətbiq olunan zorakılıqdan daha mühüm olduğunu ifadə edir, - Star.

ABŞ-ın Misirdə "azad və ədalətli" seçkilərlə yeni bir hökumətin iqtidara gələnə qədər Misir hökumətinə təmin edilən maliyyə yardımını dayandıracağına dair qərarı Misirdən çox sionist rejimin narahatlığa gətirib çıxarıb. Paytaxt Vaşinqtonda olan İsrail lobbisinin sıx təzyiqlərinə baxmayaraq verilən qərar haqqında israilli səlahiyyətlilərdən verilən şərhlərdə ABŞ-ın bu qərarının İsrail rejimi və Misir arasında 1979-cu ildə imzalanan "sülh" sazişini təhlükəyə atdığı iddia edilir. İsrail rejimi 3 iyulda Misirdə reallaşdırılan hərbi çevrilişin bu qərarla cəzalandırılmasının mövcud Misir hökumətinin ölkədəki İsrail rejimi əleyhdarları ilə mübarizə gücünü zəiflətdiyini bildirir. Misir müvəqqəti hökuməti ilə əlaqələrin davam etdirilməli olduğunu söyləyən sionist rejim hökuməti, "Müsəlman Qardaşlar"a qarşı aparılan birgə mübarizənin etirazçılara tətbiq olunan qanlı müdaxilənin istintaqından daha çox əhəmiyyətli bir mövzu olduğunu vurğulayır./Deyerler
1839 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
Go to TOP