Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2013

"Bəs hər gün bir az yanan 100 minlərin taleyi necə olsun?"

Əli Kərimli vətəndaşların intihara sürüklənməsindən yazdı və çıxış yolunu göstərdi

AXCP sədri Əli Kərimli hakimiyyətin yaratdığı dözülməz şərait üzündən vətəndaşların intihara əl atmasıyla bağlı fikirlərini bölüşüb. AXCP sədri “facebook” səhifəsində paylaşdığı statusda eyni zamanda, vətəndaşlara çağırış edib:

“Hakimiyyət xalqa yanlış mesaj verdi ki, nə qədər dözülməz vəziyyətdə yaşasanız da, özünüzü yandırmasanız, sizə diqqət olmayacaq. Bu gün (dekabrın 28-də - red.) daha bir soydaşımız, ailəsini dolandıra bilməyən, işsiz, 46 yaşlı Ələkbərov Arzu özünü yandırıb. Vəziyyəti ağırdır. Baş verənlər ölkədəki sosial durumun, haqsızlığın nə qədər dəhşətli vəziyyətdə olduğunu göstərir. Ailə başçıları çörəklə imtahana çəkilir, dözə bilməyənlər, hətta canlarına qıyırlar. Əks tərəfdə isə var-dövlət, haram yolla toplanmış milyardlar, təmtəraqlı həyat tərzi göz qamaşdırır. Çox böyük ədalətsizlik! Amma çıxış yolu əlbəttə ki, özünü yandırmaq deyil, dözə bilməyib özünü yandıranların ayrı-ayrılıqda müdafiəsi də (baxmayaraq ki, vacibdir) deyil. Bəs yavaş-yavaş, hər gün bir az yanan 100 minlərin taleyi necə olsun? Bu rejimdən xilas olmaq lazımdır. Bunun üçün isə təkrar olsa da deməliyəm ki, təşkilatlanmaq, şəbəkələşmək, etirazı birlikdə etməyi öyrənmək lazımdır. Uzağa getməyək. 15 dekabrda Milli Şura qiymət artımına etiraz mitinqi keçirdi. Həmin mitinqə məsələn, 30 min insan gəlmiş olsaydı, hökumət qorxmayacaqdımı? Əlbəttə, qorxacaqdı və ən azı, müəyyən sosial güzəştlər edəcəkdi. Bəs mitinqdə məsələn, 50 min nəfər iştirak etsəydi, həyatınızda daha ciddi müsbət dəyişiklik olmayacaqdımı? Əgər siz də ”olacaqdı" cavabını verirsinizsə, özünüzü və ətrafınızı Milli Şuranın mitinqlərinə hazırlayın".

Qeyd: Status özünü yandıran Qarabağ qazisi Zaur Həsənovun ölümündən əvvəl paylaşılıb./azadlıq/
1737 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:20