Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2013

Bakıda daha bir nəfər özünü yandırdı - Foto

Bakıda daha bir nəfər özünü yandırıb. Hadisə metronun Xalqlar Dostluğu stansiyasından Yeni Günəşliyə gedən istiqamətdə, "İnterpetrol" yanacaq doldurma məntəqəsi ərazisində baş verib. Özünü yandıran kişidir. Bu barədə azadliq.info-ya hadisə şahidi məlumat verib. Şahidin sözlərinə görə, özünü yandıran şəxsin vəziyyəti ağırdır.

Şahid ətrafdakılara istinadla deyir ki, polis özünü yandıran şəxsə mane olmaq istəyib və onun hərəkətinin səbəbini soruşub. Kişi işsiz olduğunu, ailəsinə çörəkpulu apara, evə gedib ailəsinin üzünə baxa bilmədiyini deyib və özünü yandırıb.

Hadisə yerinə təcili yardım çağırılıb və yaralı xəstəxanaya çatdırılıb. Hadisə baş verən saatlarda ərazidə böyük tıxac yaranıb, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Yaralının ad-soyadını dəqiqləşdirmək mümkün olmayıb./bizimyol/


1854 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi