Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2013

Rövnəq Abdullayev minlərlə insanı işsiz qoydu

ARDNŞ-də 11 qurum ləğv edildi; Neftçilər ayağa qalxdı

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev rəhbərlik etdiyi qurumun nəzdində fəaliyyət göstərən 7 idarəni və 5 departamenti ləğv edib.
Bu barədə “Azadlıq”a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib. “Ləğv olunan idarələr - Abşeron Qazma Işləri Idarəsi, Sahil Qazma Işləri Idarəsi, Neft Daşları Qazma Işləri Idarəsi, Loqistika və Qazma Servisi Idarəsi, Maddi-Texniki Təchizat Idarəsi, Nəqliyyat Idarəsi və Tompanaj Idarəsi - Kompleks Qazma Işləri Trestinə, departamentlər - Nəqliyyat Departamenti, Təchizat Departamenti, Ixrac Neft Kəmərləri Departamenti, və Neftin Nəqli Departamenti - Neft Kəmərləri Idarəsinə daxildir”, - deyə hüquq müdafiəçisi əlavə edib.
Mirvar Qəhrəmanlı deyib ki, işçilər Prezident Administrasiyasının qarşısında toplaşmaq niyyətindədirlər.
Mirvari Qəhrəmanlı bildirib ki, Rövnəq Abdullayevin bu addımı minlərlə insanın işsiz qalması deməkdir. “Əvvəla, əmrdə qeyd olunub ki, bu idarələr 2014-cü il yanvarın 1-dən ləğv olunur. Amma belə deyil axı. Qazma idarələri Kompleks Qazma Işləri Trestinin tərkibindədir. Bu trestdə struktur islahatları aparılır, idarələr sahələrə çevrilir. Bu halda işçilərə iki ay qabaq xəbərdarlıq edilir, bir aylıq kompensasiya verilir. ARDNŞ ixtisardan qaçmaq üçün, düzgün olmayan yol seçib. Yəni idarələr ləğv olunur, işçilərə bir aylıq kompensasiya verib yanvarın 7-dən işdən azad edirlər. Bundan başqa bu idarələr sərbəst idarə deyil ki, yerli-dibli ləğv edilsin”.
“Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Qazma Işləri Trestinin 7 idarəsinin bağlanması qurumun strukturu üzrə aparılan təkmilləşdirmə işləri ilə bağlıdır”. Bu sözləri isə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev məsələ ilə bağlı jurnalistlərə açıqlamasında bildirib. ARDNŞ prezidenti daha sonra deyib: “Indi Sovet dövrü deyil ki, hər idarənin tərkibində bir neçə trest saxlayasan. Biz beynəlxalq standartlara uyğun fəaliyyət göstəririk. Şirkətdə beynəlxalq audit keçirilir. Belə bir trestin olması beynəlxalq standartlara cavab vermir. Bu səbəbdən də düşündük ki, hamısını birləşdirək və vahid idarə yaradaq. Adının necə olması önəmli deyil. Belə modernləşmə işləri şirkətin Geologiya və Geofizika idarələrində, həmçinin ”Azəriqaz" Istehsalat Birliyində də aparılacaq".
ARDNŞ rəhbəri deyib ki, ixtisara düşən 1100 işçi yenidən işlə təmin olunacaq, qalanlarına isə təzminat ödəniləcək.
Mirvari Qəhrəmanlı “Azadlıq”a Rövnəq Abdullayevin doğru danışmadığını bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, işçilərin yenidən işi təmin olunması inandırıcı görünmür. “Kompensasiyaya gəlincə, bir ay üçün veriləcək”,- deyə Mirvari Qəhrəmanlı əlavə edib.
Hüquq müdafiəçisi Rövnəq Abdullayev ARDNŞ-in strukturlarını tanımamaqda ittiham edib: “Rövnəq Abdullayev bilmir ki, idarələr trestin tərkibində olur, trestlər idarələrin yox. O deyir ki, 7 trest olunub. Amma ləğv olunan qurumlar idarələrdir. Və bu idarələr trestə daxildir. Bu neft şirkətinin prezidenti üçün kobudsəhvdir”.
Günün sonunda məlumat aldıq ki, ləğv olunan idarələrin işçiləri axşam saatlarında Prezident Administrasiyasının qarşısına toplaşıb. Lakin iş vaxtı bitdiyi üçün heç kimin qəbuluna düşə bilməyiblər./azadlıq/
1675 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber