Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2013

Ərbakan Ərdoğana Gülənlə bağlı xəbərdarlıq edibmiş

Türkiyənin sabiq baş naziri, tanınmış siyasətçi professor Nəcməddin Ərbakan illər əvvəl Tayyib Ərdoğan hökuməti ilə Fəthullah Gülən camaatı arasında ixtilaf baş verəcəyini xəbər veribmiş.

Ans-in xəbərinə görə, bu barədə Türkiyənin tanınmış jurnalisti, “Hürriyet” qəzetinin köşə yazarı Yalçın Bayer öz məqaləsində yazıb.

Bayer bildirib ki, Ərbakan tərəflərin bir-birlərini "yeyəcəyini" deyib.

“Mühakimə qabiliyyətini itirmiş bu sionist qoyqoyçu (osmanlı dövründə qapı-qapı gəzən dilənçilər) vaxtı çatanda İsrailin dəstəyini itirəndə camaat (F.Gülən camaatı) tərəfindən bitirilmiş göstəriləcək, bir-birlərini yeyəcəklər. Bu isə dərsxanalar səbəbindən baş verəcək. Ey dünənki cocuq!”

Qeyd edək ki, Ərdoğan hökuməti ilə camaat arasında fikir ayrılığı yaradan əsas səbəblərdən biri də AKP hökumətinin ali məktəblərə hazırlıq kursu olan dərsxanaların bağlanması barədə qərarı olub.
1652 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...