Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2013

Misirdə polis etirazçı tələbəni güllələyib

Misirin əl-Əzhar Universiteti ərazisində «Müsəlman qardaşları» hərəkatını dəstəkləyən tələbələrlə polislər arasında toqquşma baş verib.

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, polisin açdığı atəş nəticəsində 19 yaşlı tələbə həlak olub.

Toqquşma zamanı tələbələr universitetin iki fakültəsinin binasını yandırıb.

Yerli televiziya qarşıdurmada bir nümayişçinin öldüyünü xəbər versə də, polis təkzib edir.

Əl-Azhar Universiteti nüfuzlu Misirin ali təhsil müəssisəsidir. Son vaxtlar bu universitet «Müsəlman qardaşları» tərəfdarlarının çıxışları üçün mərkəz olub.

Aksiyaçılar keçmiş prezident Məhəmməd Mursinin hərbi yolla devrilməsinə etiraz edir.
Mənbə xatırladıb ki, dekabrın 27-də Misirdə baş verən qarşıdurmalarda isə 3 nəfər aksiya iştirakçısı öldürülüb, 260-dan çox isə həbs edilib.

Misirdəki müvəqqəti hökumət «Müsəlman qardaşları»nı terrorçu hərəkat elan edib.
1557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.1