Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2013

Xankəndindən olan məcburi köçkünün torpaq həsrəti

O, orduda iştirak edənlərin siyahısından onların adlarının silindiyini ürəkağrısı ilə qeyd edib

Bu gün Azərbaycanın respublika tabeli şəhəri – Yuxarı Qarabağın mərkəzi olan Xankəndinin işğal tarixidir. 26 dekabr 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən qəsb olunan Xankəndində separatçı rejim yaradılıb. Məhz həmin tarixdə Xankəndindən sonuncu azərbaycanlı ailələr qovulub və 1989-cu ildən şəhərdə soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa çatıb. 1991-ci il dekabrın 26-da Xankəndini itirdik. Amma təbii ki, bu itki bizdən çox orda yaşayanları, Xankəndinin əhalisini daha dərindən sarsıtdı.

Orduda 816-cı batalyonda iştirak edən Vaqif Əsədov İnterazTv-yə məcburi köçkünlərin problemlərindən, qayğılarından danışıb. O, orduda iştirak edənlərin siyahısından onların adlarının silindiyini ürəkağrısı ilə qeyd edib. Gəncədə yataqxanada məskunlaşdığını deyən Vaqif müəllim orda 250 ailənin yaşadığını bildirib.

Tarixi sənədlərə görə, Xankəndi şəhəri XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlıqlarının xanlarının istirahəti üçün yaşayış məskəni kimi salınıb. Elə şəhərin adı buradan yaranıb. 1813-ci ilədək bircə nəfər erməninin də yaşamadığı Xandəndində sonralar çar Rusiyası tərəfindən etnik təmizləmə siyasəti aparılıb və bura İrandan köçürülən ermənilər yerləşdirilib. SSRİ dövründə Xankəndində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti daha da güclənib, şəhərdə erməni ailələrinin sayı süni sürətdə artırılıb. 1923-cü ildə Rusiyanın siyasətilə Azərbaycanın tərkibində mərkəzi şəhəri Xankəndi olan Dağlıq Qarabağ Muxtar vilayəti yaradılıb. Bundan sonra vilayətin erməniləşdirilməsi siyasəti aktivləşib. 6 oktyabr 1923-cü ildə ermənilərin müraciəti nəzərə alınaraq Xankəndinin adı dəyişdirilib, Azərbaycan xalqına qarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılıb. Muxtar vilayətdə rəhbər vəzifələrə ermənilər irəli çəkilib. Beləliklə də Xankəndi erməni işğalı altına düşüb.

Artıq 1988-ci il hadisələri başlayanda Xankəndində erməni əhalisi azərbaycanlılardan xeyli çoxluq təşkil edirdilər. Həmin vaxt azərbaycanlıların sayı 17 minə yaxın idisə, ermənilər 40 min nəfərədək artmışdılar. Artıq 1988-89-cu ildə Xandəndi artıq erməni separatizminin mərkəzinə çevrilib. Moskvanın himayəsilə güclənən erməni separatizmi sonuncu azərbaycanlıları 26 dekabr 1991-ci ildə Xankəndindən qovmağa nail olublar və şəhərin işğalı tam başa çatdırılıb.
1664 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08