Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2013

Qarabağ qazisi ilə əlaqədar Fəvvarələr Meydanında aksiya təyin olundu

Özünü Həmkarlar İttifaqı Konfederasiyasının qarşısında yandırdıqdan sonra bu gün vəfat etmiş Qarabağ qazisi Zaur Həsənovun vəfatı ilə əlaqədar “Facebook” sosial şəbəkəsində etiraz mitinqi “İvent”i yaradılıb.
Deyerler.org-un məlumatına görə, “İvent”də bütün insanlar sabah (29 dekabr) saat 16:00-da Fəvvarələr meydanında razılaşdırılmamış etiraz aksiyasına çağırılır: “Bildiyiniz kimi Qarabağ qazisi bu gün axşam saatlarında dünyasını dəyişdi. Sabah hami saat 16:00-da Fəvvarələr meydanına”.
Digər bir “İvent” isə Zaur Həsənovun dəfni ilə əlaqədar yaradılıb. Deyerler.org-un məlumatına görə, həmin “İvent”in mətnində deyilir: “Dünən Qarabağ qazisi Zaur Həsənov dünyasını dəyişdi. Bu gün saat 14.30-da Zaur Həsənov Bibi Heybətdə dəfn olunacaq. Bizlər də saat 14:00-da Bibi Heybətdə olaq. Qəbirstanlıq Bibi Heybət məscidinin yaxınlığındadır. Bibi Heybət məscidinə 124, 121, 195, 197, 193, 207 nömrəli marşrutlar gedir.
Diqqət! Dəfnə gələn hər kəs qoluna qara lent bağlasın”.
1470 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP