Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2013

Dünaya əhalisinin sayı - son statistika

Dünya Əhalisi Fondu Beynəlxalq təşkilatının məlumatına əsasən, 2014-cü il yanvarın 1-nə dünya əhalisinin sayı təxminən 7 milyard 202 milyon 951 min nəfər olacaq.

Statistikaya əsasən, planetimizdə hər saniyədə 2,7 uşaq dünyaya gəlir. Bu göstərici 2013-cü ildə dünya əhalisinin 80 milyon nəfər artacağını deməyə əsas verir və bu artım bütövlükdə Almaniyanın əhalisinin sayına bərabərdir.

Məlumatda bildirilir ki, dünya əhalisinin artımı əsasən inkişaf etməkdə olan ölkələrin payına düşür. Cari ildə dünyada 20 milyon uşaq qeyri-düzgün ailə planlaması və arzuolunmaz hamiləlik nəticəsində doğulub.

Əgər dünyada bir kənd olsaydı və həmin kənddə cəmi 100 nəfər yaşasaydı, onlardan 15 nəfəri afrikalı, 5 nəfəri şimali amerikalı, 10 nəfəri avropalı, 9 nəfəri latın amerikalı, 1 nəfəri okeaniyalı və 60 nəfəri isə asiyalı olardı.

Dünya əhalisi həm də cavanlığı ilə diqqəti cəlb edir: həmin 100 sakindən 15 nəfərinin yaşı 15-dən aşağı olardı. Əhalinin artımı bu sürətlə davam edərsə, 2050-ci ildə “kənd sakinləri”nin sayı 136 nəfərə və ya 9,7 milyon nəfərə çatmalıdır. Proqnoza görə, yaxın onilliklərdə Avropa və Asiyada əhali artımı aşağı düşəcək, Afrikada isə bu göstəricilər 15-25 faiz arasında yüksələcəkdir.
1892 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08