Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2012

Rusiya Elmlər Akademiyası ləğv edilib

Sentyabrın 27-də Rusiya prezidenti Vladimir Putin Rusiya Elmlər Akademiyasında islahatların aparılması ilə bağlı federal qanunu imzalayıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bundan başqa Putin «Federal elmi agentliklər təşkilatı haqqında» fərmanı da təsdiqləyib.
Həmin sənəddə bildirilib: «Federal Elmi Agentliklər Təşkilatı rəhbərliyinin fəaliyyətini Rusiya Federasiyası hökuməti gerçəkləşdirir; Federal elmi agentliklər təşkilatının rəhbəri Rusiya Federasiyasının prezidenti ilə razılaşdırılaraq, Rusiya hökuməti tərəfindən təyin edilir».
Xatırladaq ki, sentyabrın 18-də akademiyanın bir neçə yüz əməkdaşı Rusiya parlamentinin binası qarşısında qanun layihəsinə etiraz aksiyası keçirib. Alimlər və bu islahatın tənqidçiləri akademiyanın əmlakını məmurların dağıdacağından ehtiyat etdiklərini də bildiriblər.

525
951 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:34