Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2013

Rövnəq Abdullyev 100 min nəfəri çörəksiz qoyacaq

ARDNŞ 25 min nəfərin ixtisar ssenarisi işə düşüb, artıq 7 min adam iş yerini itirib; Neft Şirkətindəki iş yerlərinin qapadılması hesabına xaricdə minlərlə iş yeri açılır
Dekabrın 28-də Abşeron Qazma İdarəsinin rəhbərliyi qurumun ləğv olunması haqda Dövlət Neft Şirkətinin qərarını işçilərə elan edib. İşçilərin “Azadlıq” radiosuna verdiyi məlumata görə, qərar ciddi narazılıqlara səbəb olub və onlar Prezident Administrasiyası qarşısına yığışmağa qərar veriblər: “Biz prezidentdən tələb edəcəyik ki, bu qərarı geri götürsünlər. Bizim idarə ilə yanaşı daha 6 idarə yanvarın 1-dən ləğv olunur. Təkcə bizim idarədə 750 nəfər çalışır.

Kompleks Qazma İşləri Trestinə 7 idarə daxildir, bu idarələrdə ümumilikdə 6-7 min adam çalışır. İndi onların hamısını ləğv edirlər. Bağlanma barədə qərar da vermirlər ki, əlimizdə əmr olsun. İdarə rəhbərliyi şöbə müdirlərinə tapşırıq verib ki, heç kimin binadan çıxmasına imkan verməsin. İndi biz nahar fasiləsindən istifadə edib Prezident Administrasiyasının qarşısına gedirik”.

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məsələdən məlumatsız olduqlarının bildirirlər.
“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin sədri Qadir İbrahimli deyir ki, ARDNŞ-də ixtisarlar gözlənilən idi: “Neft hasilatının azalması Dövlət Neft Şirkətinin də gəlirlərinin azalmasına səbəb olub. O biri tərəfdənsə ARDNŞ xarici ölkələrdə (Gürcüstanda, Yunanıstanda, Ukraynada, Türkiyədə və s.) enerji sektoruna böyük məbləğli sərmayələr yatırır. Bu da şirkətin xərclərini çoxaldıb. Ona görə də ARDNŞ ixtisarlar yolu ilə xərclərini bir qədər yüngülləşdirmək istəyir. Bizdə olan məlumatlara görə, 70 min nəfərin çalışdığı neft sektorundan təxminən 25 min nəfərin ixtisarı nəzərdə tutulub. Yəni ixtisarlar bundan sonra da davam edəcək”.

Ekspertin fikrincə, neft ölkəsindəki neft şirkətində bir elə radikal ixtisarların aparılması heç bir tənqidə dözmür: “Xarici ölkələrdə yatırılan sərmayələrin Azərbaycan dövlətinə və büdcəsinə hansı dividentləri gətirəcəyi hələ bəlli deyil. ARDNŞ-in xaricdəki layihələri və ondan götürülən qazanc gizli saxlanılır. Ancaq ARDNŞ 100 faizli dövlət şirkəti olduğundan bu məsələ Milli Məclisdə müzakirə edilməli, şirkət rəhbərliyi deputatlara hesabat verməlidir. Ancaq bu baş vermir, ona görə də hesab edirəm ki, bu məsələdə mübahisəli məqamlar çoxdur. Hətta dövlət büdcəsi bu sərmayələrdən yararlansa belə, bu əsas vermir ki, işçiləri kütləvi şəkildə ixtisar etmək hesabına xaricdə ölkələrə sərmayə yatırılsın. Bu ARDNŞ-in süni şəkildə sosial gərginlik yaratmaq siyasətidir. 25 min işçi 25 min ailə deməkdir. Orta statistik ailənin 4 nəfərdən ibarət olduğunu nəzərə alsaq bu 100 min nəfərin güzəranının ağırlaşması deməkdir. ARDNŞ-in xaricdəki sərmayələri hesabına minlərlə iş yeri açılır, əvəzində isə Azərbaycandakı iş yerləri qapadılır. Bu absurdun son həddidir”.

“Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks qazma işləri İdarəsinin 7 trestinin bağlanması qurumun strukturu üzrə aparılan təkmilləşdirmə işləri ilə bağlıdır”.

«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Kompleks qazma işləri İdarəsinin bəzi trestlərinin bağlanması ilə bağlı sualı cavablandırarkən bildirib: lİndi Sovet dövrü deyil ki, hər idarənin tərkibində bir neçə trest saxlayasan. Biz beynəlxalq standartlara uyğun fəaliyyət göstəririk. Şirkətdə beynəlxalq audit keçirilir. Belə bir trestin olması beynəlxalq standartlara cavab vermir».

«Bu səbəbdən də düşündük ki, hamısını birləşdirək və vahid idarə yaradaq. Adının necə olması önəmli deyil. Belə modernləşmə işləri gələn ildən başlayaraq, şirkətin Geologiya və Geofizika idarələrində, həmçinin «Azəriqaz» İstehsalat Birliyində də aparılacaq», - deyə R.Abdullayev qeyd edib.

ARDNŞ rəhbəri vurğulayıb ki, bu trestlərin ləğv olunması nəticəsində ixtisar olunmuş 1100 nəfər işçinin çoxu yenidən işlə təmin olunacaq, qalanlarına isə təzminat ödəniləcək./musavat/
1489 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı