Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2013

“Cinayətkarları tapıb cəzalandırın”

Elşad Abdullayevdən qardaşı Mahir Abdullayevlə bağlı növbəti tələb
ABU-nun sabiq prorektoru Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi “Yeni Müsavat”a yeni bəyanat yollayıb.

Bəyanatda bildirilir ki, artıq M.Abdullayevin oğurlanmasından 10 il keçir: “Təəssüflə qeyd etmək lazımdır ki, ötən 10 il ərzində baş vermiş cinayət hadisəsinin üstünün açılması, cinayətkarların cəzalandırılması istiqamətində heç bir müsbət addım atılmayıb.

10 ildir ki, ziyalı, müəllim bir insanın, MTN kimi nüfuzlu təşkilatın əməkdaşının taleyi qeyri-müəyyəndir. 10 ildir ki, onun ailəsi hər gün səbirsizliklə Mahir Abdullayevin yolunu və ondan xəbər gözləyir. Qeyd etmək lazımdır ki, 2003-cü ilin 13 oktyabrından bu günə kimi Mahir Abdullayevin oğurlanması faktı ilə bağlı cinayət işinə 12 müstəntiq cəlb edilib, 2012- ci il oktyabr ayında Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Müstəqil Təhqiqat Komissiyası yaradılıb, onun qardaşı - Elşad Abdullayev tərəfindən cinayətkarları ifşa edən çoxsaylı video və audiomateriallar sosial şəbəkələrdə nümayiş olunub. Lakin bütün bunlara baxmayaraq, Mahir Abdullayevin oğurlanması cinayətində iştirak edən bir nəfər də olsun istintaqa və məsuliyyətə cəlb olunmayıb, zərərçəkənin ailəsi, yaxınları istintaq tərəfindən zərərçəkən kimi tanınmayıb, əksinə, onlara qarşı daim təzyiq kampaniyası həyata keçirilib”.

Komitə üzvləri həmçinin yerli və beynəlxalq ictimaiyyətin, eləcə də hüquq-mühafizə orqanlarının diqqətini 10 il bundan öncə baş vermiş bu hadisəyə çəkmək istədiklərini bildiriblər: “Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat zərərçəkmişə məlum cinayətkar şəbəkə tərəfindən oğurlanıb. Diqqəti bu günə qədər taleyi qeyri-müəyyən olan Mahir Abdullayevlə bağlı baş vermiş cinayət hadisəsinə yönəldir, Azərbaycan hakimiyyətindən cinayətin açılmasını, cinayətkarların tapılıb cəzalandırılmasını tələb edirik”.
1581 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı