Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2013

Qarabağ qazisi torpağa tapşırılır (Fotolar)

Dünən gecə vəfat edən Qarabağ qazisi Zaur Həsənovun cənazəsi artıq Lökbatan qəsəbəsində yerləşən evindən qaldırılıb və dəfn olunmaq üçün Bibiheybət qəbiristanlığına aparılır.

***

12.42

Uğradığı haqsızlığa etiraz olaraq dekabrın 25-də özünü yandıran və ötən axşam xəstəxanada dünyasını dəyişən Qarabağ qazisi Zaur Həsənovla vida mərasimi keçirilir. Musavat.com-un müxbirinin məlumatına görə, yas mərasiminə ölkənin hər yerindən axın edirlər. Yas mərasimində Qarabağ qazıləri ilə yanaşı mərhumun yaxınları, rayon ictimaiyyəti və jurnalistlər iştirak edirlər. Mərhumun yaxınlarının musavat.com-un müxbirinə verdikləri məlumata görə, Zaur Həsənovun iki qardaşı həbsdə olduğu üçün onların yasda iştirakı ilə bağlı Penitensinar Xidmətinin rəisi Mədət Quliyevə müraciət edəcəklər.

Mərhum Zaur Həsənov bugün saat 14-də Bibiheybət məzarlığında torpağa tapşırılacaq.

Müxbirimiz Qarabağ qazisi Zaur Həsənovun tabutunun fotosunu da görüntüləyib. Allah rəhmət etsin.

Fərahim İLQAROĞLU

























1589 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı