Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2013

Qadın terrorçu Volqoqrad vağzalını partlatdı: 18 ölü

Terroru qadın kamikadzenin törətdiyi güman olunur

Rusiya Federasiyasının Volqoqrad şəhərinin dəmir yolu vağzalında baş verən partlayışda ölənlərin sayı 18-ə çatıb. Apa-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu RF-nin Milli Antiterror Mərkəzi açıqlayıb. Yaralıların sayı 40-dan çoxdur. Terror aksiyasını qadın kamikadzenin törətdiyi bildirilir.


***
14:01


Bu gün Rusiyanın Volqoqrad şəhərinin dəmiryol vağzalında partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS regionun hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verib.

Mənbə bildirib: "İlkin məlumatlara görə, on nəfər həlak olub".

Hazırda hadisə yerində polis əməkdaşları çalışır, partlayışın səbəbləri arasdırılır.

Daha sonra məlumatı DİN-in vilayət Baş idarəsinin nümayəndəsi Svetlana Smolyaninova təsdiqləyib. Onun sözlərinə görə, daha altı nəfər xəsarət alıb.
1510 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP