Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2013

Qarabağ qazisinin atası adından yayılan bəyanatı təkzib etdi

Mərhum qazinin atası Həsən Həsənov virtualaz.org saytının müxbirinin suallarını cavablandırıb. O, öncə bu günə təyin olunduğu deyilən etiraz aksiyası ilə bağlı fikirlərini bildirib: “Heç bir aksiyaya ehtiyac yoxdur. Aksiya elə burada gedir. Zaura görə mənə başsağlığı verməyə gələn minlərlə adamın bu hərəkəti, Zaurun döyüş dostlarının, Qarabağ əlillərinin və veteranlarının burada olmasının özü elə ən yaxşı aksiyadır, bizim ailəyə mənəvi dəstəkdir”.

H.Həsənov onun adından yayılmış bir fikrə də münasibət bildirdi: “İndi mənə dedilər ki, mətbuatda mənim adımdan belə söz yayılıb ki, guya müxalifətçilərin yas mərasiminə gəlməsinə etiraz etmişəm. Mənim belə etirazım olmayıb. Yas mərasimi elə bir mərasimdir ki, ora kim istəsə gələ, başsağlığı verə bilər”./musavat/
1568 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber