Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2013

İcra başçısına qeyri-adi etiraz – Kişi yolkanın başına çıxdı

Bu gün Sumqayıtda keçirilən 52 metrlik tortun kəsilməsi və konsert proqramı zamanı maraqlı hadisə baş verib. 

Hadisə şahidləri “Qafqazinfo”ya bildirib ki, gözlənilmədən orta yaşlı bir kişi İcra Hakimiyyətinin binası qarşısında qurulmuş böyük yolkanın başına çıxıb. 

Oradan icra başçısı Eldar Əzizovu çağıraraq şəhərdə ayrı-seçkilik etdiyini bildirib və buna son qoymağı tələb edib. 

“Eldar Əzizov, çıx, xalqın qabağına” deyən kişi başçının onu qəbul etməməsinin səbəbini soruşub və ünvanına təhqirlər də səsləndirib. 

Sumqayıt Polis İdarəsinin əməkdaşları dərhal hadisəyə müdaxilə ediblər və əraziyə kran gətirilərək həmin şəxşi yolkadan endiriblər. Onun Sumqayıt şəhərindəki 4-cu polis bölməsinə aparıldığı bildirilir. 


1893 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
13.12.17, 09:18