Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2013

Hərbi çağırışçılar qəzaya düşdü

Qax rayonunda ağır yol qəzası baş verib, minik və xırda tutumlu yük avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Xəsarət alanlardan 2 nəfəri hərbi çağırışçı olub. Qaxın Turaclı kəndində rayonun Zəyəm kənd sakini, 21 yaşlı Bəxtiyar Məmmədlinin idarə etdiyi “Opel” markalı minik avtomobili qarşı tərəfdən gələn, Şəki sakini, 47 yaşlı Elçin Yusifovun idarə etdiyi “Ford” markalı xırda tutumlu yük avtomobilinin yoluna çıxıb və avtomobillər toqquşub. Nəticədə “Ford”un sürücüsü və sərnişinləri - Şəki sakinləri 35 yaşlı Samir Rəsulov, 27 yaşlı Coşqun Məhsimov xəsarətlər alıblar.
Həmçinin “Opel”in sürücü və həmin maşında olan daha 6 nəfər - Zəyəm kənd sakinləri, 15 yaşlı Xəzər Hacıyev, 17 yaşlı Qurban Qurbanlı, 18 yaşlı Elməddin Məmmədli, 17 yaşlı Samir Şükürzadə, 17 yaşlı Eltun Kazımlı, 18 yaşlı Elxan Hacıyev yaralanıblar.
7 nəfərə xəstəxanada ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıb. Xəsarət alanlardan Elməddin Məmmədlinin, Samir Rəsulovun və Elçin Yusifovun vəziyyəti orta-ağır hesab edilir. Onların müalicələri Qax MRX-də davam etdirilir.
Qəza zamanı xəsarət alan Elməddin Məmmədli hərbi xidmətə yola düşəcəkmiş. Hadisə dostları onu hərbi xidmətə yola salmağa gedərkən baş verib.Yaralılardan Elxan Hacıyev isə 3-4 gün sonra hərbi xidmətə gedəcəkmiş.
Faktla bağlı araşdırmalar aparılır. /Müsavat
1814 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...