Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2013

Rusiyada vağzalı partladanın başı tapıldı - Foto/video

Hüquq-mühafizə orqanlarının yaydıqları məlumata görə, Volqoqrad şəhərində dəmiyol vağzalında partlayışı törədən qadının başı tapılıb. Məhz onun bombanı işə saldığı güman edilir. 

***

Rusiyanın Volqoqrad şəhərində dəmiyol vağzalında partlayış baş verib. "BBC Rusiya"nın məlumatına görə, partlayış nəticəsində 18 nəfər həyatını itirib, 6 nəfər ağır bədən xəsarəti alıb. Ölənlərdən 4-ü təhlükəsizlik xidmətinin əməkdaşıdır. Artıq partlayışın terror aktı olduğu bildirilib və müvafiq maddə ilə cinayət işi açılıb. 

Rusiya DİN-dən verilən məlumata görə, hadisə vağzalın birinci mərtəbəsində giriş qapısı ilə turniketin arasında baş verib. Hadisə yeri mühasirəyə alınıb. 

Xatırladaq ki, oktyabr ayının sonunda da bu şəhərdə terror hadisəsi baş vermişdi. Krasnoyarsk rayonunda hərəkət edən avtobusun salonunda bomba partladılması nəticəsində 6 nəfər və hadisəni törədən qadın həyatını itirmişdi. 40 nəfər isə xəsarət almışdı. Terror hadisəsini 30 yaşlı Naida Asiyalovanın törətdiyi bildirilib.



1535 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı