Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

Daha bir vətəndaş özünü yandırmaq istəyir

Səyyarə Heydərova İlham Əliyevə müraciət edərək anasının ölümünün araşdırılmasını tələb edir

Bakı Səyyarə Heydərova "Azadlıq"ın redaksiyasına zəng vurararaq anasının naməlum səbəbdən öldüyünü, bu işin araşdırılmadığını bildirib. O, əlavə edib ki, Prezident Administrasiyasına qarşısına gedir və orada özünü yandırmağı düşünür. Lakin əməkdaşımız Səyyarə Heydərovanı bu fikrindən daşındırıb. Bakı sakini üzləşdiyi problemlə bağlı İlham Əliyevə müraciətini qəzetdə dərc etməyi xahiş edib. Səyyarə Heydərovanın müraciətini təqdim edirik: "Cənab prezident, məni anam 3 saylı klinik xəstəxanada naməlum səbəbdən dünyasını dəyişib. Ekspertiza təyin ediildi və dekabrın 29-da Sabunçu rayon prokurorunun köməkçisi mənə ekspert rəyini göstərdi: "Ölümün səbəbini müəyyən etmək mümkün deyil". Mən anamın qəbrinin açılmasınada razıyam, bir şərtlə ki, bu rusiyalı ekspertlərin iştirakı ilə olsun. Ancaq problem ondadır ki, Şakir Musayev və Sabunçu rayon prokurorluğu buna imkan verməyəcək. Cənab prezident, dərhal sual yaranır ki, nəyə görə anam "bud sümüyünün sınığı" diaqnozu ilə xəstaxanaya daxil olub, amma "insultdan" ölüb? Həkimlər düzgün diaqnoz qoymayıb, daha doğrusu vaxtında tomoqrafiya etməyib, çünki bu tomoqrafiyanın dövlət xəstəxanasında qiyməti 60 manatdır, məndə fakt var. Bu, Sabunçu prokurorluğunun sildiyi birinci iş deyil. Bu biznesdir, xəstəxanada öldürürlər, ekspertiza bunu ört-basdr edir. Baxın görün Şakir Musayevin nə qədər evi var, ondan soruşun ki, oğlu 70 min dollarlıq maşını hansı pula alııb? Cənab prezident, bu gün Prezident Administrasiyası qarşısında özümü yandıraq istədim. Ancaq jurnalistlər mənə dedi ki, Qarabağ veteranı yanıq xəsarətlərindən xəstəxanada dünyasını dəyişib və məndən bunu etməməyi xahiş etdilər. Düşündüm və bayramınızı korlamamaq qərarına gəldim. Yanmağı həmişə bacararam. Cənab prezident, bu işi şəxsi nəzarətinizə götürməyinizi istəyirəm. Anamın qatilləri cəzalarını çəkməlidir. Mən ailənin tək övladıyam və indi tək qalmışam. Qatilləri heç vaxt bağışlamayacam". Axşam saatlarında isə Səyyarə Heydərova redaksiyamıza zəng vuraraq polislərin onun evinə gəldiyini deyib. "Görünür, mənim atmaq istədiyim addımdan xəbər tutublar. Gəlib yaşadığım evin qarşısında durublar. Mən artıq fikrimdən daşınmışam, amma qorxuram ki, bunlar məni tutub bölməyə apararlar", - deyə Səyyarə Heydərova vurğulayıb.
1583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:41