Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

Tanınmış hüquqşünas Səttar Mehbalıyevin həbsini tələb etdi

Milli Məclis Səttar Mehbalıyevin toxunulmamazlıq statusunu ləğv etməli və o, həbs olunmalıdır. Tələbini ölkə qanunvericiliyi ilə əsaslandıraran hüquqşünas və media eksperti Ələsgər Məmmədli belə çıxış edib.
Ə.Məmmədli Deyerler.org-a açıqlamasında qeyd edir: “Qarabağ qazisi Zaurun ölümü ilə əlaqəli çox istədim ki, bir fikir bəyan etməyim. Çünki, Qarabağ atəşindən çıxan birinin ilk olaraq özünə yox, onu ölüm həddinə çatdırana zərər vermə ehtimalı daha yüksək olmalıydı... Amma fakt faktlığında qalır. Onu ölüm həddinə gətirən şəxs haqqında Prokurorluq cinayət işi başlamalıdır. Cinayət Məcəlləsi bunu tələb edir. Maddə 125. Özünü öldürmə həddinə çatdırma.
Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma, -
3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Baş Prokurorluq Milli Məclisdən həmin zatın toxunulmazlığının götürülməsin dərhal tələb etməli və o zatı cinayət məsuliyyətinə cəlb etməlidir”.
Qeyd edək ki, Qarabağ qazisi Zaur Həsənovun ölümündə əsas günahkar kimi Həmkarlar Ittifaqları Konfederasiyasının sədri, MM-in deputatı Səttar Mehbalıyevin adı hallanır.
1665 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:44