Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

Türkiyədə qadınlar küçələrə çıxdı

Türkiyənin Antalya şəhərində feministlər qadına qarşı zorakılıq və cinayətlərə qarşı etiraz aksiyası keçirib. Qadın Həmrəylik Birliyi tərəfindən təşkil olunmuş aksiyada 50-ə yaxın qadın yol qarşısında bir araya gələrək, "Yasda deyil üsyandayıq" yazılı plakatlar nümayiş etdirib.

Azyaşlı qızın da fəal şəkildə iştirak etdiyi nümayişdə, qadınlar Cumhuriyyət Meydanına dinc şəkildə yürüş edərək, qadına qarşı şiddəti pisləyən şüarlar səsləndirib. 4 yaşlı qızcığaz anası Zümra Yılmazın atdığı şüarları təkrarlamaqla hər kəsin diqqət mərkəzinə çevrilib.

Cumhuriyyət meydanı qarşısına Birlik adından aksiyanın qətnaməsini oxuyan Bilgə Çaxmaq, qadına qarşı zorakılığın son vaxtlar artdığını 2005-ci ildən bəri Türkiyədə 4 min qadının öldürüldüyünü deyib. Dövlətin bu problemə çarə qılmasını tələb edən Çaxmaq, qadınlara qarşı cinayətin gündəmə gəlməsindən xəcalət çəkdiklərini bildirib.
1623 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...