Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

Alman mediası Ərdoğanın böyük sərvətini araşdırdı

Türkiyədə başlayan "rüşvət əməliyyatı" alman mətbuatında da geniş əks-səda doğurub.

Almaniya Yaşıllar Partiyasının həmsədri türk əsilli Cem Özdəmir son zamanlar baş verən hadisələrlə bağlı günahlandırılan Ərdoğanı Rusiya prezidenti Valdimir Putinə bənzədib.

Alman mətbuatında qeyd edilir ki, "rüşvət əməliyyatı" Baş nazirin yaxın ətrafını da əhatə etdiyi üçün burada ya Ərdoğan, ya da onsuz da zəif gücə malik olan Türkiyə demokratiyası itirəcək.

"Hamburger Morgenpost" qəzeti Ərdoğan ailəsinin qısa zamanda bu qədər zəngin olmasına geniş yer verərək, Ərdoğanın oğlu Bilal və əmisi Mustafa Ərdoğanın bir neçə gəmiçilik şirkətinə sahib olmasından yazıb.

Prokuror Müəmmər Akqaş Bilal Ərdoğanın ifadəsini aldıqdan sonra "böyük rüşvət" işindən kənarlaşdırılıb.

"Frankfurter Neue Presse" Türkiyənin üç il əvvəl Ərəb baharının başlanğıcında bir çox ölkə üçün nümunə göstərildiyini, amma indi bu ümüdlərin tükəndiyini bildirib.
1589 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber