Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

İran Suriya sülh danışıqlarında iştirak etməlidir

İran Suriya sülh danışıqlarında iştirak etməlidir - Suriya Xarici İşlər naziri
Tehranın bu danışıqlarda iştirak etməyəcəyi təqdirdə, yekun razılaşmanın əldə ediləcəyi də sual altında olacaq

“Bəzi siyasi səbəblərə görə, İranı bu danışıqlardan uzaqlaşdırmaq məntiqi deyil”.

İnterAz-ın “SANA” xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Suriyanın Xarici İşlər naziri Vəlid əl-Müəllim jurnalistlərlə görüşü zamanı bildirib. O, İranın, bölgədəki təsirlərindən danışaraq, bəyan edib ki, Suriya höküməti Tehranın sülh danışıqlarında iştirakını şərt bilir.

Suriya XİN rəhbəri həmçinin İran-Altılıq nüvə anlaşmasına işarə edərək, bunun Suriya ordusunun təkfirçilər və xarici qüvvələr qarşısınıda apardığı mübarizəsi nəticəsində həyata keçdiyini bildirib.

Ekspertlərin fikrincə, gələn ayda keçiriləcək Suriya sülh danışıqlarında İranın iştirakı çox vacibdir. Amma Tehranın bu danışıqlarda iştirak etməyəcəyi təqdirdə, yekun razılaşmanın əldə ediləcəyi də sual altında olacaq. Bütün bunlara baxmayaraq Tehranın özü də sözügedən danışıqlarda iştirak etməkdə ciddi şəkildə maraqlı deyil. İki gün öncə İran spikeri Əli Laricani ölkəsinin bu danışıqlarda iştirak etməkdə elə də maraqlı olmadığını bəyan etmişdi.
1632 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 10:41
&q