Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2013

Sapandlı xalanı tutdular

İstanbulda Taksim-Gəzi iğtişaşları zamanı şəkli mediada təkrar-təkrar çap olunan və "Sapandlı xala" kimi tanınan Əminə Cansevər həbs olunub. Bu barədə Türkiyə mediası xəbər yayıb.

Bildirilir ki, Gülsuyu məhəlləsində həyata keçirilən həbslər zaman tutulan və məhkəməyə gətirilən 19 nəfərin arasında "sapandlı xala" da olub.

O, polisə ifadəsində bildirib ki, sapandı uşaqların əlində görüncə həvəsə gəlib və atmağa çalışıb, ancaq şəkərə görə sağ qolunu işlədə bilmir deyə ata bilməyib.

Ə.Cansevər onu da bildirib ki, Taksimə gedərkən niyyət hakimiyyətə etiraz bildirmək olub və qazdan qorunmaq üçün maska da taxıb./Müsavat
1651 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı