Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

İraqda bu ayda törədilən terror aktları 550 nəfərin həyatına son qoyub

Cari ay ərzində İraqda törədilən terror aktları 550 nəfərin həyatına son qoyub. Yaralananların sayı isə minlərlədir.

SalamNews-un "əl-Cəzirə"yə istinadla verdiyi xəbərə görə, İraq təhlükəsizlik və səhiyyə mənbələri ötən gün baş verən terror aktlarında ən azı 18 nəfərin həlak olduğunu bildirib. Onlar arasında ordunun yüksək rütbəli zabitləri də var.

Yeri gəlmişkən, İraq hökuməti və əl-Ənbar əyaləti aksiyaçıları arasında nümayişlərin bitməsi və məhbusların azad ediməsi ilə bağlı razılıq əldə edilib. Hökumət əl-Ənbardakı aksiyaların keçirilməsində təqsirli və silahlı fəaliyyətlərdə şübhəli bilinən deputat Əhməd əl-Əlvanini azad edib. Əl-Ənbar qəbilələri isə aksiyalara son qoyacaqlarını vəd ediblər.

Bildirək ki, aksiyaçıları silahlı fəaliyyətdə təqsirləndirən yerli hökumət aksiyaların dağıdılması üçün iki həftə möhlət vermişdi.
1567 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17
“Qul