Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

Suriya hökuməti silahlıların yerləşdiyi bölgədən 5 min nəfəri təxliyə edə bilib

Ötən gün Suriyanın hökumət ordusu Dəməşqin şimalında yerləşən əl-Ədra sənaye şəhərindən beş min nəfəri təxliyə edə bilib.

SalamNews-un SƏNA agentliyinə istinadla verdiyi xəbərə görə, bundan sonra şəhərə geniş hücum baş tuta bilər.

Bildirək ki, sözügedən bölgədə iki həftədir, qarşıdurmalar davam edir. Radikal silahlılar şəhəri ələ keçirərkən burada qətliam törədiblər. Hazırda hökumət qüvvələri şəhərə hücum etməyə hazırlaşır.

Qarşıdurmalar ötən gün də səngiməyib. Dirəzzur hava limanı ətrafında müxalifətin 20-dən artıq silahlısı öldürülüb. Hələbin əl-Xalidiyyə və ən-Nəqqarin rayonlarında gedən qarşıdurmalarda isə onlarla insan ölüb.

Ölkənin cənubunda yerləşən Dəra əyalətində də toqquşmalar səngiməyib. Hökumət ordusu silahlıların əyalətin Təriqus-Sədd, Dəra-Əlbələd və Müxəyyəm bölgələrindəki mövqelərini müxtəlif raketlərdən hədəfə alıb. Burada 20-dən artıq silahlı və yerli sakinin öldüyü bildirilir.
1778 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:31