Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

Baş nazir sərvətini ictimaiyyətə açıqlasın – CHP sədri

CHP lideri Kamal Kılıçdaroğlu Baş nazir Rəcəb Tayyib Ərdoğanı sərvətinin miqdarını ictimaiyyətə açıqlamağa dəvət edib.

SalamNews-un “Sözcü” qəzetinə istinadla verdiyi xəbərə görə, partiyasının İstanbuldakı yeni binasının açılışında çıxış edən CHP sədri deyib: “Bu gün İstanbulda 9 bal gücündə zəlzələ baş verib. Bu zəlzələnin adı "xalqın zəlzələsi"dir. Xalq təmiz siyasət istəyir. Xalq oğurluq istəmir. Xalq qul haqqı yeyəni bağışlamaq istəmir. Xalq öz iqtidarının qorunmasını istəyir. Dövlətin bir diktator tərəfindən idarə edildiyini artıq hər kəs bilir. Bu diktator mənə deyir ki, sən lider deyil, CHP-nin müdirisən. CHP-nin gözətçisi olmaq belə mənim üçün qürurdur. Mənə məmur Kamal dedi, olsun dedim, biznesmen Kamal dedi, olsun dedim, təqaüdçü Kamal dedi, olsun dedim. Bu adların hamısı ilə fəxr edirəm. Amma sən küçələrə çıx, baxaq, sənə nə deyirlər. Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə bir baş nazir korrupsiyaya bulaşanları müdafiə edir. Oğrunu müdafiə edən adama baş nazir deyilərmi? Siz heç bir ölkənin Baş nazirinin oğruları sərbəst buraxıb polisin, prokurorların arxasına düşdüyünü görmüşdünüzmü? İndi gördünüz. Həmin ölkənin adı Türkiyə Cümhuriyyəti, o ölkənin Baş naziri isə oğruları qoruyan, rüşvəti dəstəkləyən Rəcəb Tayyib Ərdoğandır.”
1697 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...