Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

Müsavatçı gənclər bəyanat yaydılar

Müsavat Partiyasının gənclər təşkilatı dünən paytaxtın Fəvvarələr meydanına toplaşaraq, Qarabağ qazisi Zaur Həsənovu intihara vadar edənlərə etiraz aksiyası keçirən fəalların həbs edilməsinə dair bəyanat yaylb. Bəynatda bildirilir:

"Bir neçə gün öncə Azəbaycan Həmkarlar İttifaqları Konfederasiyanın sədri Səttar Mehbalıyevin özünün şəxsi və vəzifə imkanlarından yararlanaraq, məhkəmə orqanlarına təsir göstərərək mülkiyyət hüquqlarını pozduğu Qarabağ müharibəsi iştirakçısı Zaur Həsənov üzləşdiyi haqsızlığa etiraz olaraq özünü yandıraraq intihara cəhd etmişdir. Qarabağ qazisi aldığı ağır xəsarətdən sonra 28 dekabr tarixində faciəli şəkildə dünyasını dəyişib.

Bütün bunlara, habelə, bu məsələnin hökumət tərəfindən ört-basdır etməyə çalışılmasına, günahkarları cəzalandırmaq əvəzinə hakim partiyanın yalnızca öz siyasi maraqlarını təmin etməyə səy göstərməsinə etiraz olaraq aralarında Müsavat partiyasının da üzvlərinin olduğu bir qrup gənc fəal 29 dekabr saat 16.00 radələrində Fəvvarələr meydanında etiraz yürüşü təşkil etmişlər. Aksiya boyu mərhum qazinin, eləcə də digər bütün Qarabağ müharibəsi əlilləri və iştirakçılarının haqlarının qorunmasını tələb edən iştirakçı gənclərə qarşı mülki geyimdə güc strukturlarının əməkdaşları ehtiyac olmadığı halda güc tətbiq edərək polis bölmələrinə aparmışdır. Əldə olunan məlumatlara görə polis bölmələrində saxlanılan aksiya iştirkaçılarına, eləcə də feysbuk sosial şəbəkəsində aksiyanın təşkilatçısı qismində çıxış edən bitəfər gənc fəal Orxan Eyyubzadəyə qarşı anti-humanist və sağlamlığa xətər yetirə biləcək rəftarlara yol verilmişdir. Eyni zamanda, aralarında Müsavat partiyasından, AXCP-dən gənclərin, Qarabağ qazilərinin, bitərəf fəalların da olduğu saxlanılanlar məhkəmə prosesi həyata keçirilmədən polis bölmələrindəcə müxtəlif məbləğlərdə cərimələniblər".

Müsavat Gənclər Təşkilatı hökumətin insanların etiraz, sərbəst toplaşmaq haqlarına qarşı bu dözümsüz münasibətini, polis bölmələrində insanlara qarşı baş verən zorakılıq aktlarını, məhkəmə proseduru olmadan insanların müəyyən məbləğlərdə cəzalandırımasını pisləyir və siyasi hakimiyyətdən dövlətimizin üzv olduğu beynəlxalq təşkilatlar qarşısında götürdüyü insan haqq və hüquqları ilə bağlı öhdəliklərə hörmətlə yanaşmasını tələb edir: "Bildiririk ki, vətəndaşlara qarşı bu hüquqa dayanmayan, fundamental insan haqlarının görməzdən gəlindiyi mühit davam etdikcə cəmiyyətdə bu kimi müxtəlif miqyaslı etirazlar qaçılmazdır və bunun bütün məsuliyyəti də siyasi hakimiyyətin üzərindədir". /Musavat/
1854 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:28